Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Yardımlı Rayon İcra Hakimiyyəti www.yardimli-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Yardımlı Rayon İcra Hakimiyyəti www.yardimli-ih.gov.az domen adlı İnternet resursu da zəngin resurs sayılmaz. Doğrudur bəzi bilgilər təqdim edilir. Ən azından cari informasiyalar bu ilə aiddir. Sadəcə bu kifayət edəcək bilgilər deyil. İnformasiya aşıqlığı haqqında qanuna əsasən təqdim edilməsi gərəkli olan bilgilərə demək olar ki, rast gəlinmir. Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında informasiya, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi, sahə işçilərinin əmək haqları və tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə nə bölmə yaradılmamış nə də bilgi təqdim edilməmişdir. Ümumilikdə isə sayt aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər yetərli sayılır. Rayonun tarixi, mədəniyyəti, təhsili, səhiyyəsi, coğrafi mövqeyi və s. barədə bilgilər təqdim edilir.   Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Ancaq qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər yoxdur.      

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilir. Ancaq qurumun ünvanı, ünvanın sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər verilmir.     

3.    Qurumun strukturunun sxemi, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında bilgilər əks etdirilir. Ancaq struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilər təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbərin bioqrafiyası, rəhbəri ilə əks əlaqə imkanı, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurumun ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar təqdim edilir. Burada çatışmayan qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında olan bilgilərdir.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər yoxdur.    

7.    Qurumun təklif etməli olduğu xidmətlər haqqında heç bir bilgi (qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət etmək imkanı və xidmətlərdən istifadə qaydaları) təqdim edilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar haqqında bilgilərə də rast gəlinmir.

9.    Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər və əlaqə vasitələri təqdim edilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.   

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.    

12.    Saytın texniki imkanları normaldır. Ancaq nə onlayn müraciət forması, nə də abunə imkanı verilmir.      

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV