Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti www.yevlax-ih.gov.az domen adlı İnternet resursu, sıradan bir resurs olmaqla bərabər bir qədər də zəif tərkibə malikdir. Ümumi görünüş saytın zəngin olduğunu göstərir. Ancaq bu aldadıcıdır. Texniki imkanlar və istifadə rahatlığı baxımından saytı tənqid etmək doğru olmazdı. Çünki bu sahə üzrə resurs yaxşı tərtib edilib. Ümumilikdə isə sayt aşağıdakı kimi görünür:
1. Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası və icra aparatı, struktur haqqında tam olmayan bilgilər əks etdirilir. Qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu yetərli sayıla bilər. Şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tamdır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları dolğun şəkildə əks etdirilir.
3. Qurumun strukturu barədə heç bir bilgi təqdim edilmir. Saytda qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında məlumatlar yer almamışdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə yalnız qurumun rəhbəri ilə əks əlaqə imkanları və icra hakimiyyəti ilə əks əlaqə üçün ümumi imkanlar yetərli sayıla bilər. Əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında isə heç nə deyilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və qurumun həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) yetərli sayıla bilər. Şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər isə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında da heç bir bilgi verilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında ancaq onlayn müraciət etmək imkanı verilir. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə isə bilgilər verilmir.
8. Daha bir təqdim edilməyən bilgi boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar haqqındadır.
9. Həmçinin sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda əks etdirilməyib.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında təəssüf ki, heç bir bilgi təqdim edilmir.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanları və istifadə rahatlığı yerindədir. Ancaq abunə imkanı yoxdur.