Saturday 20th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti www.yevlax-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti www.yevlax-ih.gov.az domen adlı İnternet resursu, icmaldan da anlaşıldığı kimi, bir sıra bölmələr üzrə bilgilərin yoxluğu baxımından dərhal diqqəti cəlb edir. Daha bir diqqət cəlb edən məqam da tərkibi zəngin olmasa da saytın texniki imkanlarının yetərli sayıla biləcək qədər olmasıdır. Bu isə ondan xəbər verir ki, resursu təkmilləşdirmək imkanları qalmaqdadır. Ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası və icra aparatı, struktur haqqında tam olmayan bilgilərin ətraflı təqdim edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün bilgilər saytda yer almışdır.  Qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və mümkün olan bütün e-poçt ünvanları tamdır.  

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər və bələdiyyələr haqqında məlumatların saytda yer alması tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər sırasına şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında məlumatların da əlavə edilməsi tövsiyə olunur.

6.    Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilərin əks etdirilməsi yaxşı olardı.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında onlayn müraciət imkanından başqa qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.  

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların saytda yer alması gərəklidir.

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, icra hakimiyyətində vətəndaşların qəbul qaydaları və icra hakimiyyətinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilərin təqdim edilməsi gərəklidir.

11.    Həmçinin tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin saytda əks etdirilməsi tövsiyələr sırasındadır.

12.    Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV