Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az domen adlı İnternet resursu, tərkib açısından elə də zəngin olmasa da tərtibat baxımından yetərincə uyğun şəkildə qurulub. Saytın funksionallığı və istifadə rahatlığı yerindədir. Bir sıra bölmələr üzrə bilgiləri də yetərlidir. Lakin ümumi qənaət bundan ibarətdir ki, sayt bütövlükdə yetərincə zəngin deyil. E-xidmətlər bölməsi təqdim edilsə də saytda faktiki olaraq belə xidmətlər yoxdur. Yalnız onlayn müraciət üçün forma yerləşdirilib. Ümumilikdə isə bu resurs aşağıdakı kimi görünür:

1.    Qurum ilə bağlı qurumun başçısı, bioqrafiyası və icra aparatı, struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu və şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tam və dolğun şəkildə təqdim edilmişdir.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün  də bilgilər tamdır.  Qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları saytda yer almışdır.  

3.    Qurumun strukturu qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və  struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir. Əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və  bələdiyyələr haqqında məlumatlar isə əks etdirilir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından əsas rəhbər haqqında bilgi, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç nə deyilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) və şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları haqqında, şəhərin ictimai həyatı, haqqında məlumatlar yetərli sayıla bilər. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər isə yoxdur.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə də bilgi çatışmır.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgi verilmir. Ancaq onlayn müraciət etmək imkanı təqdim edilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə də heç bir bilgi əks etdirilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər  yoxdur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər verilməyib.  Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli sayıla bilər.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar haqqında da heç bir bilgi təqdim edilmir.

12.    Saytın texniki imkanları yaxşıdır. Abunə imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV