Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti www.shirvan-ih.gov.az domen adlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, bir sıra göstəricilər baxımından yaxşı təsir bağışlasa da bilgi çatışmazlığı dərhal üzə çarpır. Lakin onu da ayrıca qeyd etmək lazımdır ki, bu resursun imkanları onun daha zəngin bir hala gətirilməsinə və ümumiyyətlə təkmilləşdirilməsinə imkan verir. Elə yuxarıda deyilən məqamı nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:

1.    Qurum və şəhər haqqında bilgilər tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün da gərəkli bilgilər təqdim edilir və başqa tövsiyə söylənilmir.

3.    Qurumun strukturu barədə qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və  struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin təqdim  edilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.    

5.    Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə  bilgilər təqdim edilsin.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin də əks etdirilməsi gərəklidir.  

8.    Daha bir təqdim edilməsi gərəkli olan bilgi  işə qəbul qaydaları və boş iş yerləri haqqında olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərdir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) baxımından vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı olan dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanların da əks etdirilməsi yaxşı olardı.

12.    Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV