Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti www.zerdab-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti www.zerdab-ih.gov.az domen adlı İnternet resursu bəzi resurslara nəzərən normal sayıla bilər. Sayt quruluş baxımından yaxşı tərtib olunub. Sadəcə informasiyanın əldə olunması üçün bir neçə keçiddən istifadə olunur ki, bu da istifadə rahatlığını biraz ləngidir. Məlumatlar orta səviyyədə təqdim olunur. Bəzi bilgilər isə yoxdur. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqında bilgilər tam və dolğun şəkildə təqdim olunur. Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, təqdim edilir. Ancaq qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgi verilmir.      

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun poçt indeksi, telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilir. Çatışmayan yalnız qurumun ünvanıdır.

3.    Qurumun strukturunun sxemi, qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar saytda əks etdirilir. Burada struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqında bilgilər çatışmır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin bioqrafiyası və qurum ilə əlaqə imkanları təqdim edilir. Digər bilgilər (struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı) təqdim edilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar və şəhərin ictimai həyatı haqqında məlumatlar təqdim edilir.   Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında isə qısaca da olsa bilgi verilir. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər əks etdirilmir.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.     

7.    Qurumun təklif etməli olduğu xidmətlər haqqında onlayn müraciət etmək imkanı təqdim edilsə də qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, və xidmətlərdən istifadə qaydaları barədə bilgilərə rast gəlinmir.   

8.    Daha bir təqdim edilməyən bilgi boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar haqqındadır.   

9.    Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilir. Qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər isə yoxdur.   

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.    

12.    Saytın texniki imkanları yüksək səviyyədədir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanına rast gəlinmir.       

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV