Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti www.zerdab-ih.gov.az domen adlı İnternet resursu texniki cəhətdən yaxşı tərtib edilib. Bu da saytın daha da yaxşı hala gətirilməsi üçün vacib şərtdir. Gərəkli və çatışmayan bilgilərin saytda yer alması ilə resurs faydalı və ön sıralarda olan saytlara çevrilə bilər. Bunun üçün tövsiyələrimizi təqdim edirik.
1. Rayon haqqında bilgilər tam olduğundan əlavə tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün təqdim edilmiş imkanlar sırasına qurumun ünvanının da təqdim edilməsi tövsiyə olunur.
3. Qurumun strukturu barədə isə struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı barədə bilgilərin təqdim edilməsi gərəklidir. .
5. Qurumun cari fəaliyyəti barədə təqdim edilmiş qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında bilgilərin daha dolğun hala gətirilməsi tövsiyə olunur.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer alması yaxşı olardı.
7. Qurumun təklif etməli olduğu xidmətlər barədə qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların təqdim edilməsi barədədir.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər işıqlandırılsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında həmçinin qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin əks etdirilməsi gərəklidir.
11. Növbəti tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanları yüksək səviyyədə olduğundan əlavə yalnız bir tövsiyə var o da abunə imkanının təqdim edilməsidir.