Thursday 21st November 2024,

Azərbaycan qanunvericiliyi

Ξ Leave a comment

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında

posted by

“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının 2011-ci il noyabrın 1-dən fəaliyyətə başlamasını təmin etsin;
2.2. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı fəaliyyətə başlayanadək Dövlət Reyestrinə daxil edilən hüquqi aktların nazirliyin internet informasiya ehtiyatının xüsusi ayrılmış bölməsində dərc edilməsini təmin etsin;
2.3. bu Fərman qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının bir il müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilmiş hüquqi aktlar və onları qəbul etmiş orqanlar barədə statistik məlumatı üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə tövsiyə edilsin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sorğuları əsasında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməyən müvafiq hüquqi aktları kağız daşıyıcıda onların əslinin həqiqi surəti formasında, eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
4.1. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının fəaliyyətə başlaması, formalaşdırılması və aparılması üçün zəruri olan maliyyə vəsaitinin on beş gün müddətində ayrılmasını təmin etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin.
5. “Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 725; 2002, № 8, maddə 478; 2006, № 7, maddə 593, № 8, maddə 677, № 12, maddə 1034; 2010, № 2, maddə 80, № 8, maddə 725) ləğv edilsin.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 1 iyul 2011-ci il
              № 463
 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV