Multimedia Mərkəzi tərəfindən dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanır.
Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçiləcək Monitorinq prosesində 75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və 67 Yerli icra orqanının (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.
Mərkəzin ekspertləri tərəfindən Monitorinqin Metodikası da təkmilləşdirilib. Elektron xidmətlər bağlı ölkədə yeni keyfiyyət və kəmiyyət dəyişəkliyi yarandığından elektron xidmətlərin keyfiyyətinin Monitorinqinin ayrıca keçirilməsi məqsədəuyğun hesab edilib və İnformasiya açıqlığı üzrə Monitorinq Metodikasında buna uyğun dəyişikliklər edilib.
Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub. Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən 50 Parametr üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub.
Cari ilin sonunadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal və Tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.
Monitorinq Elektron xidmətlərin təşviqi üzrü İctimai Şura ilə birgə keçirilir.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 012 492 44 44
www.informasiya.org
multimedia@cit.az