Tuesday 03rd December 2024,

2013

Ξ Leave a comment

Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu   /İCMAL/

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin saytı www.emdk.gov.az . çox zəngin olması və törəmə saytlarının bol olması ilə diqqəti cəlb edir. Saytda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (www.emdkdedrx.gov.az) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Xidməti (www.kadastr.az), Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (www.auksion.az) ayrıca saytları fəaliyyət göstərir ki, bu da komitənin işinin dolğun təqdim edilməsinin göstəricisidir. Komitənin rəsmi saytından bu saytlara keçmək çox asandır. Saytda Elektron Xidmətlər Portalı adlı bölümdə 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilmişdir. Bundan başqa, həmin bölümdə Elektron İmza və həmin imzalardan istifadə etmək üçün videoçarxlar var ki, bu da vətəndaşların işinin asanlaşdırılmasına xidmət edir.

Amma Nəşrlər bölməsində Elektron Xidmətlər Jurnalı və İnzibati Reqlamentlər bölmələri tam, həmçinin, Yeni Ünvanlar bölümündə bəzi hissələr boşdur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Ümumilikdə, sayt yaxşı təsir bağışlasa da, bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Nümunə üçün, qurumun büdcəsi və işçilərin əmək haqqı göstərilməyib. Həmçinin, komitənin saytında komitənin rəhbəri haqqında məlumat olsa da, rəhbərliyi təmsil edən digər şəxslər barədə bilgilər yalnız onların ad-soyadları, tutduqları vəzifə, doğum tarixi və ixtisası ilə məhdudlaşıb. Komitədə rəhbər vəzifə tutan şəxslərin həyat təcrübəsi haqda heç bir bilgiyə rast gəlinmir. Komitə sədrinin və onun müavinlərinin əlaqə telefonları və e-poçt ünvanları göstərilməyib. Kollegiya üzvlərinin də yalnız ad-soyadları və vəzifələri göstərilib. Onların barəsində başqa heç bir məlumat yoxdur. Əlaqə telefonları və e-poçt-lara da rast gəlinmir. Komitəyə gəlmək üçün heç bir marşrut növü və xəritə yoxdur.

İşə qəbul bölməsində nədənsə komitə vətəndaşlara məlumat verməyi Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edir. Saytdan birbaşa linki tıklamaqla həmin sayta keçib orada işə qəbul proseduru ilə tanış olmaq mümkündür. Amma hansı vakansiyaların olması komitənin öz saytında  göstərilməyib. Komitənin sosial şəbəkələrdən fasebookda səhifəsi olsa da, çox aktiv deyil (bəyəni sayı 14). Həm də sosial şəbəkəyə bu ilin aprel ayından qoşulub. Amma komitənin elektron xidmətlər bölümündə Elektron imza bölməsinin fasebook-da və tvitterdə ayrıca aktiv səhifələri var. Dövlər komitəsinin informasiya sistemi “Mülkiyyət” qəzeti və saytıdır. Qəzetin sonuncu sayının fevral ayında nəşr olunduğunu görürük. Yəni saytda qəzetin fevral ayında nəşr olunan üz qabığı görünsə də, üzərinə tıkladıqda açılmır və hətta itir də… Əks əlaqə mövcudluğu saytda olsa da, abunə bölməsi nəzərimizə dəymədi. Yeni Ünvan Sistemi bölümündə bəzi bəndlər açılır, bəziləri açılmır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin saytında aşağıdakıları görürük:

1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri və e-poçt ünvanları) təqdim edilir. Burada quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər və rəhbər işçilərlə əlaqə məlumatları çatışmır.

3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər konkret şəkildə təqdim olunur. Saytdan sosial şəbəkələrə giriş yoxdur. Digər bilgilər – qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri təqdim edilsə də,  struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar göstərilməyib.

4. Azərbaycan Respublikası  Əmlak Məsələləri Dövlət Komitəsinin sədri və rəhbər işçilər, onlarla əks əlaqə imkanları, nə onlayn formada, nə də telefon nömrəsi göstərilməyib. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Qurumun büdcəsi və büdcədən kənar daxilolmalar barədə məlumatlara rast gəlmədik. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər yüksək səviyyədə sayəla bilər. Elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır. Hətta elektron xidmətlərdən istifadə qaydalarını izah edən videoçarx da yerləşdirilmişdir. Bu da sayta üstünlük gətirən amildir. 13 interaktiv, 3 informativ xarakterli elektron xidmət istifadəyə verilmişdir. Bu xidmətləri bir virtual məkanda birləşdirən www.e-emdk.gov.az elektron xidmətlər portalı yaradılmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə  işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında məlumat göstərilir, amma dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgi qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender elanları və nəticələri barədədir.  Tender və yarışmaların nəticələri göstərilsə də, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) barədə isə  heç bir məlumat təqdim edilmir.

12. Dövlət qurumunun cari norma yaratma  haqqında bilgilər Normativ Hüquqi Baza bölməsində Daxili Normativ Sənədlər  öz  əksini tapmışdır. Bu bölümdə qurumun norma yaratma fəaliyyəti ilə bağlı sənədlər, qaydalar tam mətnlə verilmişdir.  Amma normativ hüquqi bazanın yaradılmasında vətəndaşların iştirakı göstərilməyib.

13. Saytın texniki imkanları sırasında abunəyə rast gəlmədik.

Amma əks əlaqə üçün onlayn forma, qaynar xəttlər mövcud olsa da, sosial şəbəkələrə birbaşa çıxış yoxdur.  Qurumun saytının sosial şəbəkələrdə aktivliyinə ehtiyac duyulur. Domen  və saytda işləmək  rahatdır. Kifayət qədər məlumatlar əldə etmək mümkündür. Amma vətəndaşlarla sual-cavab bölməsi boşdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV