Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi www.emdk.gov.az domen adlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi digər saytlardan interaktiv xidmətlərin bolluğu və zənginliyi ilə fərqlənir. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, saytda videoçarxların olması onun üstünlüyünü göstərir.
Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Bu çatışmazlıqlar isə daha çox bilgi içərisi ilə bağlıdır. Yəni, saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq, aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Ümumilikdə qurumun saytı dolğun və zəngindir. Bu sahəyə aid bütün məlumatları saytda demək olar ki, tapmaq olur. Buna görə də bu sahədə heç bir tövsiyyəmiz yoxdur.
2. Ziyarətçilərin qurumla əlaqə saxlamaq imkanları həm telefonla, həm də onlayn formada olsa da, quruma getmək üçün marşrut və nəqliyyat barədə məlumatlar yoxdur. Yaxşı olardı ki, quruma gəlmək üçün marşrut növü və xətti də göstərilsin.
3. Saytda qurumun bütün strukturlarını özündə cəmləşdirən alt və törəmə təşkilatların ümumi sxemini var. Həmçinin, aparat işçilərinin barəsində daha geniş məlumat verilməsi gərəklidir. Qurumun informasiya sistemləri sırasında olan “Mükliyyət” qəzetinin sonuncu sayı bu ilin fevral ayında nəşr olunaraq sayta yerləşdirilib. Yaxşı olardı ki, qəzetin bütün sayları sayta qoyulsun.
4.Rəhbər və rəhbər işçilər, bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin verilməsi və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir. Komitənin sədri ilə əlaqə qurmaq üçün nə onlayn bağlantıya, nə də telefon əlaqəsinə rast gəlmədik. Bunu aparat işçiləri və struktur rəhbərləri haqda da demək mümkündür.
5.Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6.Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.
7. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyyə olunur.
9.Qurum rəhbərinin və digər işçilərin əmək haqları barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır.
10. Vətəndaşların qəbulu qaydaları, dövlət məmurunun etik davranış qaydaları saytda göstərilib, amma vətəndaşların qəbuluna bəzi rəhbər işçilər ayda 1 dəfə, bəziləri isə ayda 2 dəfə olmaqla cəmi 2 saat vaxt ayrılıb ki, bu müddətdə də yalnız bir neçə vətəndaşı qəbul etmək mümkündür. Yaxşı olardı ki, vətəndaşlarla məmurların onlayn formada əlaqələrinin qurulması aktivləşdirilsin. Videoqəbulların yaradılması tövsiyyə olunur.
11.Tender və yarışmaların keçirilməsi ilə bağlı verilmiş qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədəki bilgilər yetərli sayıla biləcək həddədir, amma digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Dövlət qurumunun norma yaratma fəaliyyəti yaxşı səviyyədədir. Vətəndaşların da norma yaratmada iştirakı tövsiyyə olunur.
13. Saytın domen rahatlığı var, bircə sosial şəbəkələrə birbaşa çıxışın qurulması vacibdir ki, sayta ziyarətçi axını çoxalsın, həm də vətəndaşlarla videogörüntülü əlaqələr qurulması üçün skayp kimi internet resurslarından istifadəsi yaxşı olardı.