Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ədliyyə Nazirliyinin www.justice.gov.az domen adlı İnternet saytının  fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin www. justice.gov.az ünvanlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, dolğunluğu ilə diqqəti cəlb edir. İstifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Sayt tələbata cavab verə biləcək həddədir. Yəni, bu saytın üzərində ciddi təkmilləşdirmə işləri aparılmasına zərurət yoxdur. Ona görə də aşağıda bu istiqamətdə tövsiyyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalara qurumun tarixi və digər rəhbərləri barədə bilgilər yetərli sayıldığı üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

2.    Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə üçün ayrı-ayrılıqda e-poçt ünvanları və telefon nömrələri göstərilib. Burada yalnız quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsi çatmır.

3.    Qurumun strukturu haqqqında strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilərin verildiyi üçün əlavə tövsiyyəyə gərək duyulmur. .

 

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanları ayrıntılı şəkildə təqdim edildiyi üçün burada da tövsiyyə verilməsinə lüzum yoxdur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar kifayət qədər aydın və dolğun təqdim edilib. Həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer aldığı üçün əlavə tövsiyyə vermirik.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara, əlavə xidmətlər barədə bilgiyə və qaynar xətt barədə bilgiyə rast gəldiyimiz üçün burada da tövsiyyəyə zərurət yoxdur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər saytda əks etdiridiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyyə olunur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər  ətraflı təqdim edildiyi üçün heç bir tövsiyyə verilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı məlumatların saytda yerləşdirilməsinə bir az diqqət olunsa yaxşı olar.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər saytda öz əksini tapdığı üçün əlavə tövsiyyəyə gərək yoxdur.

 

13.    Saytın texniki imkanları sırasına isə abunə imkanının da daxil edilməsinə lüzum var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV