Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.health.gov.az və sehiyye.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Səhiyyə  Nazirliyinin www.health.gov.az və sehiyye.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

1. Səhiyyə nazirliyinin tarixi və qurumun əsasnaməsi haqqında bilgi mövcud olduğu üçün bu barədə tövsiyyəyə ehtiyac yoxdur. Dövlət qurumunun rəhbəri, onun müavinləri, kollegiya üzvləri haqda avtobioqrafik bilgilərin verilməsi tövsiyyə olunur.

2. Qurumla ümumi və struktur əlaqə növləri mövcuddur, onlayn əlaqə və Qaynar xətt də var. Catışmayan  cəhət- qurumun və strukturlarının yerləşdiyi ünvana getmək üçün marşrut növünün təqdim olunması tövsiyyələr sırasındadır.

3. Qurumun ümumi strukturu və strukturlarla əlaqə vasitələri mövcud olduğu üçün heç bir tövsiyyəyə ehtiyac duyulmur.

4. Qurumun rəhbəri və müavinləri barədə, həmçinin kollegiya üzvləri barədə avtobioqrafik məlumatlara rast gəlinmir. Bundan başqa onlarla  əlaqə vasitələri, nə telefon, nə onlayn əlaqələrin olması yaxşı olardı. Amma sturktur  rəhbərləri və digər təşkilatlarla əlaqə vasitələri mövcuddur.

5. Qurumun mətbuata açıqlama tezliyi və qurumdaxili əmr və qərarlar mövcud olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

6. Qurumun dövlət büdcəsindən maliyyələşdirildiyi göstərilsə də, bu barədə geniş məlumata ehtiyac var.

7. Qurumun təklif etdiyi mütləq xidmətlər, onlayn müraciət, qaynar xətt mövcud olduğu üçün bu kriteriya üzrə tövsiyyəyə lüzum görülmür.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulla bağlı, həmçinin boş iş yerləri haqda bilgi verilmişdir. Bu sahədə tövsiyyəyə ehtiyac yoxdur.

9. Çox yaxşı olardı ki, qurumun rəhbəri, onun müavinləri və struktur bölmələrinin rəhbər işçilərinin mövcud tarif stavkası göstəriləydi.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərildiyi üçün əlavə tövsiyyə də yoxdur.

11. Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri var, amma tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları yoxdur. Bu da göstərilsəydi, pis olmazdı.

12. Dövlət qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti olduğu üçün heç bir əlavə tövsiyyəyə gərək duyulmur.

13. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu var. Qurumun sosial mediada-fasebook, tvitter və d. şəbəkələrdə səhifəsi kifayət qədər aktiv və dolğundur. Nazirlikdə baş verən bütün tədbirlər, məlumat və elanlar sosial şəbəkədə operativ olaraq yayılır və həm də qurumun səhifəsindən birbaşa sosial səhifələrə giriş mövcuddur  ki, bu da qurumun iş aktivliyinin göstəricisidir. Saytda həmçinin onlayn konfrans da aparılır. Sayt texniki baxımdan ağır işləyir, yəni digər saytlarla müqayisədə gec açılır. Abunə imkanları yoxdur. Sonuncu bu iki imkana da diqqət yetirilməsi tövsiyyə olunandır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV