Thursday 25th April 2024,

2013

Ξ Leave a comment

Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və health.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Səhiyyə Nazirliyinin www.sehiyye.gov.az və health.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin www.sehiyye.gov.azhealth.gov.az domen adlı internet saytı dolğunluğu, sosial şəbəkələrdə aktivliyi, interaktiv xidməti ilə diqqəti cəlb edir. Saytda hətta bir sıra məsələlər üzrə e-xidmətlər təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngin sayıla bilər. Onlayn yazışma forması və abunə imkanının yoxluğu əks əlaqənin bir qədər zəif qurulmasına səbəb olur. Ümumilikdə, yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Məsələn, qurumun büdcəsi haqqında dövlət büdcəsi ilə maliyyələşdirilidiyi göstərilsə də, rəhbər, struktur rəhbərləri və sahə işçilərinin tarif stavkası ilə bağlı heç bir bilgi verilmir. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Səhiyyə nazirliyinin tarixi və qurumun əsasnaməsi haqqında bilgi mövcuddur. Qurumun rəhbəri və onun müavinləri haqqında bilgi verilmir. Kollegiya haqqında məlumatlar bölümündə cənab nazir və onun müavinləri, həmçinin kollegiya üzvləri haqda yalnız ad-soyad və vəzifələri göstərilir, digər heç bir bilgi verilmir.

 2. Qurumun fəaliyyətini tənzim edən qanunverici baza mövcuddur. Qurumun ünvanı xəritədə göstərilsə də, ünvana gəlmək üçün marşrut və nəqliyyat növü təqdim olunmayıb. Qurumun həm ümumi, həm də ayrı-ayrı bölümlərinin əlaqə vasitələri var. Həmçinin, Qaynar xətt mövcuddur və saytın ön səhifəsində yer alır.

 3. Qurumun ümumi strukturu var. Bu strukturlarla əlaqə vasitələri mövcuddur.

 4. Qurumun rəhbəri və müavinləri barədə avtobioqrafik məlumatlara rast gəlinmir.

 5. Qurumun mətbuata açıqlama tezliyi və qurumdaxili əmr və qərarlar mövcuddur.

 6. Qurumun dövlət büdcəsindən maliyyələşdirildiyi göstərilsə də, konkret nə qədər vəsait ayrıldığı, həmçinin quruma büdcədənkənar vəsaitlər barədə məlumat verilməyib.

 7. Qurumun təklif etdiyi mütləq xidmətlər, onlayn müraciət, qaynar xətt mövcuddur.

 8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, həmçinin boş iş yerləri haqda bilgi verilmişdir.

 9. Rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası göstərilməyib.

 10.  Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları

 11. Tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri var, amma tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları yoxdur.

 12. Dövlət qurumunun cari norma- (qanun) yaratma fəaliyyəti var.

 13. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu var. Qurumun sosial mediada-fasebook, tvitter və d. şəbəkələrdə səhifəsi kifayət qədər aktiv və dolğundur. Nazirlikdə baş verən bütün tədbirlər, məlumat və elanlar sosial şəbəkədə operativ olaraq yayılır və həm də qurumun səhifəsindən birbaşa sosial səhifələrə giriş mövcuddur  ki, bu da qurumun iş aktivliyinin göstəricisidir. Saytda həmçinin onlayn konfrans da aparılır. Sayt texniki baxımdan ağır işləyir, yəni digər saytlarla müqayisədə gec açılır. Abunə imkanları yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV