Thursday 28th March 2024,

2013

Ξ Leave a comment

Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Ağdaş Rayon İcra Hakimiyyəti  www.agdash-ih.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi informasiya baxımından çox kasaddır. Məlumatların zənginləşdirilməsi və saytın daha yaxşı hala gətirilməsi üçün bəzi tövsiyələrimizi bildiririk.

1.    Rayon haqqındakı bilgilərin daha dolğun halda təqdim edilməsi, qurum haqqında isə qurumun tarixi, quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur. Həmçinin qurumun rəhbəri haqqındakı bir-iki cümləlik bilgilərin əvəzinə rəhbərin bioqrafik bilgilərinin daxil edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvan, onun sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturunun sxeminin ətraflı şəkildə təqdim edilməsi və bununla yanaşı struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  barədə məlumatların saytda yerləşdirilməsi tövsiyə olunur.

4.    Rəhbər və rəhbər işçilər haqqında isə bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında məlumatların təqdim edilməsi tövsiyə olunur.

5.    Cari informasiyalar barədə isə quruma aid olan informasiya,  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr  haqqındakı  məlumatların təqdim edilməsi tövsiyə olunur.

6.    Növbəti tövsiyə büdcə ilə bağlı bilgilərin təqdim edilməsidir.

7.    Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və  xidmətlərdən istifadə qaydaları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11.    Tender və yarışmalar haqqında isə qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları,  tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə məlumatların saytda yerləşdirilməsi tövsiyə olunur.

12.    Saytın texniki imkanlarının daha da çevik hala gətirilməsi, abunə imkanının və sayt daxili axtarış siteminin də daxil edilməsi tövsiyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV