Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Ağdaş Rayon İcra Hakimiyyəti www.agdash-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Ağdaş Rayon İcra Hakimiyyəti  www.agdash-ih.gov.az domen adlı İnternet resursu informasiya baxımından çox kasaddır. Burada çox az bilgilərə rast gəlmək olar. Rast gəlinən bilgilər də dolğun deyil. Yalnız cari informasiyalar baxımından saytda inkişaf görünür. əvvəlki ilə nəzərən cari informasiyalar daha çevik formada yerləşdirilir. Bütövlükdə sayt aşağıdakı kimi görünür.

1.    Rayon haqqında ətraflı olmasa da bilgilər təqdim edilir. Qurum haqqında da eyni sözləri demək mümkündür. Çünki nə qurumun tarixi, nə də quruma daha öncə rəhbərlik etmiş şəxslər barədə bilgilər saytda yer almamışdır. Burada yalnız qurumun fəaliyyətini təmin edən qanunverici baza (əsasnamə) ətraflı olaraq verilir. Və qurumun hazırkı rəhbəri haqqında  adı, soyadı və vəzifəyə nə vaxt təyin olunması göstərilmişdir.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun telefon və faks nömrələri, e-poçt ünvanı göstərilir. Lakin qurumun ünvanı, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında heç bir bilgi yoxdur.

3.    Qurumun strukturunun sxemi kasad bir formada təqdim edilsə də  struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  barədə heç bir bilgi verilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları haqqında isə təqdim edilən yeganə məlumat icra hakimiyyətinin başçısı haqqındakı bir-iki cümləlik məlumatdır.  Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında məlumatlar saytda yerl almamışdır.

5.    Quruma aid olan informasiya,  qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və qurumun həyata keçirdiyi proqram və layihələr  barədəki bilgilər istisna olmaqla cari informasiyalar normal sayıla bilər.

6.    Təəssüf ki, ümumi dövlət büdcəsi ilə bağlı nə qurumun büdcəsi və onun icrası haqqında məlumat, nə də büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da təqdim edilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı verilir. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, qaynar xətt və  xidmətlərdən istifadə qaydaları isə təqdim edilməyən məlumatlardır.

8.    Boş iş yerləri və işə qəbulla bağlı da təəssüf ki, heç bir məlumat verilmir.

9.    Təqdim edilməyən daha bir məlumat qurumun işçilərinin əmək haqları barədədir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirildiyi halda vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında bilgilə rast gəlinmir.

11.    Tender və yarışmalar haqqında təqdim edilməsi gərəkli olan qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları,  tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin heç birisi saytda yer almamışdır.

12.    Saytın texniki imkanları normal sayılacaq səviyyədədir. Onlayn müraciət forması təqdim edilir. Ancaq abunə imkanı və sayt daxili axtarış sistemi mövcud deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV