Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin www.scs.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə müsbət mənada irəli gedə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi və qaynar xəttin saytın ön səhifəsində yer alması nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında bilgilər təqdim edildiyi üçün əlavə tövsiyyə olunmur.
4. Rəhbər işçilər, onlarla əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks- əlaqə imkanları barədə bilgilər təqdim olunduğu üçün əlavə tövsiyyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən e-xidmətlər haqqında informasiyalar geniş təqdim edilir. Bunun üçün də tövsiyyəyə ehtiyac duyulmur.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər ətraflı verildiyi üçün əlavə tövsiyyə verilmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır. Baxmayaraq ki, boş vakant yerlərdə sahə işçilərinə veriləcək əmək haqlarının məbləği göstərilib, lakin hazırda komitədə fəaliyyət göstərən işçilərin əmək haqları barədə heç bir məlumat yoxdur.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyyəyə gərək yoxdur.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları barədəki bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur. Yalnız Layihələr bölməsində Tvinninq layihəsi ingilis dilində təqdim edilmişdir. Layihənin Azərbaycan dilində variantının olması tövsiyyə olunur.
13. Saytın abunə imkanının olması da gərəklidir. Sosial şəbəkələrdən Fasebook-da səhifəsi olsa da, boşdur, səhifəyə müraciət edən vətəndaşların sualları da cavabsız buraxılmışdır. Qurumun alt qurumu sayılan Bakı Fond Birjasının sosial şəbəkədəki səhifəsi dolğundur. Milli Bankın sosial şəbəkədəki səhifəsi mövcud olsa da boşdur. Milli Depozit Mərkəzinin isə sosial şəbəkədəki səhifəsi yarımçıq sayıla bilər.