Azərbaycan Respublikası Məhkəmə -Hüqüq Şurasının www.jlc.gov.az ünvanlı İnternet saytı xeyli zəngin və dolğunluğu ilə diqqətləri cəlb edir. Xüsusilə də, saytda Azərbaycan Respublikası haqqında, onun xəritəsi, dövlət atributları, əhalisi, dili, dini, mədəniyyəti haqda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda verilən ətraflı məlumatlar, AR.Konstitusiyası, rayon məhkəmələrinin siyahısı, rayon məhkəmələrinin saytlarının təqdim olunması bu sahədə xeyli işlər görülməsindən xəbər verir. E-xidmətlər bölməsinin olması, Şura rəhbərliyi və aparat üzvləri haqqında ətraflı məlumatların və əlaqə vasitlələrinin təqdim edilməsi saytı dolğunlaşdırır ki, bu da təqdirəlayiq haldır. Vətəndaşların qəbulu ilə bağlı, işə qəbula aid bilgilərin verilməsi saytı daha da zənginləşdirir. Ümumilikdə sayt haqqında yüksək rəy söyləmək mümkündür. Beləliklə:
1. Qurum ilə bağlı informasiyalar təqdim edilir. Həmçinin, qurumun tarixi, və rəhbər işçilər barədə geniş bilgi verilir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həmçinin quruma gəlmək üçün saytın xəritəsi, marşrut növləri ətraflı təqdim olunur. Ümumi xarakterli telefon və faks nömrələri, bundan başqa rəhbərlik və struktur rəhbərləri ilə əlaqə vasitələri geniş təqdim edilir.
3. Qurumun strukturunun sxemi və aparat barədə ətraflı bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, qurumun tabeliyindəki informasiya sistemləri barədə də demək olar ki, hərtərəfli məlumatlar saytda əks etdirilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin bioqrafiyası geniş əks etdirilir. Əks əlaqə imkanları da mövcuddur, həmçinin, Şura sədrinin müavinləri və başqa rəhbər şəxslərin, bundan başqa alt qurumların işçilərinin də bioqrafiyaları ətraflı təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar baxımından mətbuat üçün açıqlamalar kifayət qədərdir. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə də bilgilər verilmişdir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.
7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilsə də əlavə xidmətlər barədə və qaynar xətt barədə bilgi verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında məlumatlar, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqda geniş məlumatlar təqdim edilmişdir.
9. Sahə işçilərinin əmək haqları barədə heç bir bilgiyə rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər kifayət qədər ətraflı təqdim edilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı mümkün qayda və elanlar haqqında bilgilər əks etdirilmir.
12. Növbəti təqdim edilən məlumatlar isə dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanı və sosial şəbəkədə səhifəsinin olmamasıdır.