Azərbaycan Respublikası Məhkəmə -Hüquq Şurasının www.jlc.gov.az ünvanlı İnternet saytı demək olar ki, tam şəkildə tələblərə cavab verir. Saytda bir çox bölmələr dolğundur. İstifadə rahatlığı və düzənləmə baxımından bu resursu yetərli səviyyədə dəyərləndirmək olar. Ona görə də aşağıda bu istiqamətdə tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalarda qurumun tarixi və rəhbərləri barədə ətraflı bilgilər verildiyi üçün əlavə tövsiyyəyə gərək yoxdur.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə və e-poçt ünvanları təqdim olunmuş, həmçinin, quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilər də ətraflı verildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur.
3. Qurumun strukturu haqqqında, strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilərin verildiyi nəzərə alınmaqla burada da heç bir tövsiyyə verilmir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da ayrıntılı şəkildə təqdim edilməsi qurumun saytını üstün edən cəhətlərdəndir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar aydın və dolğun təqdim edildiyi üçün, həmçinin, qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer aldığını nəzərə alsaq, bu sahədə də heç bir əlavə tövsiyyə verilmir.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara rast gəlinsə də, qaynar xətt barədə bilgilərin daxil edilməsi tövsiyyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər geniş şəkildə əks etdirildiyi üçün heç bir tövsiyyə verilmir.
9. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər ətraflı təqdim edildiyi üçün be sahədə də heç bir tövsiyyə edilmir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı məlumatlarıən saytda əksini tapması tövsiyyə olunur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilər bir az ətraflı təqdim edilsəydi yaxşı olardı.
13. Saytın texniki imkanları sırasına abunə imkanının və sosial şəbəkədə səhifəsinin hazırlanaraq daxil edilməsinə gərək var.