Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Dəmir Yolları QSC-nin www.railway.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Dəmir Yolları QSC-nin www.railway.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Dəmir Yolları QSC-nın  www.railway.gov.az ünvanlı İnternet saytı dolğun şəkildə təqdim edilməkdədir. Saytda bir sıra məsələlər üzrə e-xidmətlər də təklif olunur. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur.  Xüsusilə də, sərnişinlərə xidmət bölməsində elektron xidmətlər yüksək səviyyədə təqdim olunur. Ümumilikdə yaxşı təsir bağışlasa da saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Saytda çatışmayan bilgilər sırasında abunə imkanının yoxluğu,  vakansiyalar haqda bilgi verilməməsi, tender və hərraclarla bağlı məlumatların yoxluğu, sahə işçilərinin tarif stavkası haqda neç bir məlumatın olmaması diqqətdən qaçmır. Rəhbərlik haqqında yalnız cəmiyyətin sədri barədə bioqrafik məlumatlar mövcuddur. Digər müavinlər, aparat rəhbəri və s. barədə bilgi yoxdur. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

 1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.

 2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada təkcə quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

 3. Qurumun struktunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir.

 4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks -əlaqə imkanları təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir.

 5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumat ümumi qaydada verilmişdir. Sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi saytda əks etdirilmir.

 7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

 8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında , işə qəbulun norma və qaydaları barədə natamam bilgilər təqdim edilir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə rast gəlinmir.

 9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

 10.  Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə heç bir bilgiyə rast gəlmədik.  Ancaq dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.

 11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə təqdim edilən bilgiyə rast gəlinmir.  Tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə də  heç bir məlumat təqdim edilmir.

 12. Saytda təqdim edilən bilgilər sırasında  qurumun norma- (qanun)yaratma fəaliyyəti öz əksini tapıb.

 13. Saytın texniki imkanları sırasında abunə imkanı yoxdur. Azərbaycan dəmiryolları QSC-nın sosial şəbəkələrdə səhifəsi vardır. Həmçinin fasebook-dakı bu səhifə kifayət qədər aktivdir ki, bu da təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV