Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnternet saytının birinci monitoringindən (26 aprel 2006) keçən dövr ərzində bu resursun üzərində iş getdiyi göz önündədir. Doğrudur, elə birinci monitoring zamanı da bu sayt demək olar ki, yüksək bal (6,8) toplamışdı. Ancaq qeyd etdiyimiz bir sıra çatışmazlıqlar vardı ki, təəssüflər olsun ki, onlar hələ də aradan qaldırılmayıb. Bunların sırasında fondun ayrı-ayrı vəzifəli şəxsləri haqqında məlumatların, fond üzvləri (şura) haqqında biografik bilgilərin yoxluğu, yalnız mətbuatla işə məsul olan vəzifəli şəxslə əlaqə imkanlarının olmasını qeyd etmək olar. Müsbət deyilə biləcək dəyişikliklər saytın dizaynının dəyişməsi, yeni hesabatın əlavə edilməsi və xəbərlərin yenilənməsidir.