Sunday 03rd July 2022,

Xəbərlər

Ξ Leave a comment

Azərbaycan İnternet Qeydiyyat Qurumunun Məlumatı

posted by

21 sentyabr  2006-cı il tarixdə Azərbaycan İnternet Qeydiyyat Qurumu tərəfindən “Milli internet ünvanları və  Azərbaycan Internetinin inkişafı” mövzusunda Dəyirmi Masa  keçirilib.

Dəyirmi Masanın məqsədi haqqında AİQQ-nin həmtəsisçisi, RİTN-nin şöbə müdiri Əflatun Məmmədov məlumat verib. O, dövlət qurumunun  ölkədə Informasiya Cəmiyyəti quruculuğu sahəsindəki  fəaliyyəti,  müvafiq strukturların  təsisçiliyi ilə formalaşdırılan AİQQ-nin son dövrlərdəki fəaliyyəti, milli internet ünvanlarının qeydiyyatı prosesinin beynəlxalq normalara və yerli qanunvericiliyə uyğunlaşdırılması istiqamətində aparılan işlərdən danışıb.

AİQQ-nin həmtəsisçisi, İntrans şirkətinin Baş direktoru Faiq Fərmanov  .az domeninin qeydiyyatının texniki tərəfləri ilə bağlı məlumat verib. O , eyni zamanda, AİQQ-nin təşəbbüsü  ilə 01 oktyabr tarixdən milli internet ünvanların qeydiyyat xərcinin 30 % endiriləcəyini, Azərbaycan əlifbasına uyğun olaraq domenlərin qeydiyyatı sahəsində iş aparıldığı,   beynəlxalq domenlər altında fəaliyyət göstərən milli internet resursların  pulsuz olaraq .az domeni ilə qeydə alınacağını bildirib.

AİQQ-nin həmtəsisçisi , AMEA İT institutunun direktoru prof. Rasim Əliquliyev, AİQQ-nin həmtəsisçisi , AİF-in prezidenti Osman Gündüz və digərləri çıxış ediblər.

Çıxışlarda milli internet ünvanların Azərbaycan İnternetinin inkişafında mühüm rol oynadığı və  bu məsələnin ölkə üçün müasir dövrdə ciddi əhəmiyyət kəsb etdiyi bildirilib. Eyni zamanda, dünya informasiya fəzasında Azərbaycanın öz yerinin müəyyən edilməsi və  möhkəmləndirilməsi ,  ölkəmiz üçün ciddi əhəmiyyət kəsb edən informasiya müharibəsində qalib gəlməsində milli internet ünvanların qeydiyyatın tənzimlənməsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasının vacibliyi vurğulanıb. Qeydiyyat Qaydalarının təkmilləşdirilməsin  zəruriliyi, bir sıra domenlərin qeydiyyatında  Auksion sisteminin tətbiq edilməsinin vacibliyi  qeyd edilib. Çıxış edənlər  .az domeninin qeydiyyatı sahəsində aparılan islahatların milli internet resurslarının, bütövlükdə azərbaycanın informasiya fəzasının formalaşmasında mühüm rol oynayacağını bildiriblər.

Qanuna uyğun olaraq formalaşmış qurumun hüquqi status qazanması üçün RİTN tərəfindən prinsipiallığın artırılmasının zəruriliyi  vurğulanıb.

Dəyirmi Masada media nümayəndələrinin sualları cavablandırılıb.

Dəyirmi Masada dövlət , özəl və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələri iştirak edib.

AİQQ
Əlaqə üçün:
498-48-50(RİTN, Əflatun Məmmədov)
492-44-44(AİF, Osman Gündüz)

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV