Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az ünvanlı İnternet saytı digər saytlarla müqayisədə elektron xidmətlərin və digər əlavə xidmətlərin bolluğu ilə irəli geçə bilib. Saytın daha dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurumun tarixi ilə bağlı informasiyaları bir qədər də dolğunlaşdırmaq yaxşı olardı.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər yetərli sayıldığı üçün əlavə tövsiyyə verilmir. Yalnız regional bölmələrin ünvanları və rəhbərləri ilə bağlı bilgilərin daxil edilməsi tövsiyyə edilir.
3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.
4. Rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi təqdim edildiyi kimi onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7.Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin verilməsi tövsiyyələr sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgiləri bütün göstəricilər üzrə ayrıntılı şəkildə təqdim edildiyi üçün bu sahədə əlavə tövsiyyə verilmir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar verilsə də, bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.
13. Saytın abunə imkanının və sosial şəbəkələrdə səhifələrinin mövcudluğunu nəzərə alsaq, heç bir əlavə tövsiyyəyə ehtiyac duyulmur.