Friday 22nd November 2024,

2013

Ξ Leave a comment

İqtisadi İnkişaf Nazirliyinin www.economy .gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
İqtisadi İnkişaf Nazirliyinin www.economy .gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az  ünvanlı İnternet saytı  dolğunluğu və daxili məlumatların bolluğu və videosüjetlərin dolğunluğu ilə diqqəti cəlb edir. Saytda qaynar xəttin,  e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Saytda vətəndaşlarla birbaşa videogörüntülü əlaqənin yaradılması, yəni, videoqəbulun olması çox sevindirici haldır.  Saytın xəritəsində nazirliyin strukturu, nazirliyə  tabe olan qurumlar  və regional mərkəzlər göstərilmişdir. Lakin  alt qurumların  və regional qurumların rəhbərləri, onlarla  əlaqə vasitələrinə saytda rast gəlinmir. Tender və yarışmalarla ilgili məlumatlar da saytda əks olunur. Həmçinin, quruma gəlmək üçün marşrutlar və nəqliyyat vasitələri də ətraflı göstərilmişdir. Saytda barəsində məlumat verilməyən  sahə  isə: qurumun büdcəsi haqqındadır. Büdcə haqqında ümumi məlumat olsa da, sahə işçilərinin əmək haqqı barədə bilginin verilmədiyi görünür. Saytın sosial şəbəkələrə fasebook və Tvitterdə səhifələri mövcuddur, həmçinin, xəbərlərə abunə yazılışı var ki, bu da saytı zənginləşdirən xüsusiyyətlərdəndir. Beləliklə, saytda nələri görürük:

 1. Qurumun tarixi bölməsində yalnız qurumun yaradılması ilə bağlı ölkə başçısının verdiyi fərman təqdim olunur.  Qurumun tarixi bölməsi dolğunlaşdırılsaydı yaxşı olardı.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Quruma gəlmək üçün marşrut və ictimai nəqliyyat haqqında geniş bilgilər verilmişdir.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki alt bölümlər haqqında bilgilər təqdim olunur. Aparat işçilərinin barəsində geniş məlumatlar və əlaqə vasitələri göstərilsə də, qurumun alt bölmələri və regional struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumarlar azdır və ya yarımçıqdır.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Lakin regional strukturların rəhbərləri haqqında məlumat və əlaqə vasitələri təqdim olunmur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi məlumatlar verilsə də, onun icrası haqqında  heç bir bilgi təqdim edilmir. Həmçinin, qurumun sahə işçilərinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir.

7. Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər geniş şəkildə öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin   işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir.

 9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları ətraflı təqdim olunur, hətta videoqəbul qaydaları mövcuddur, təəssüf ki, qurumun regional şöbələri haqda bunu demək mümkün deyil. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, həmçinin tender və yarışmaların nəticələri öz əksini tapsa da, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə məlumat təqdim edilmir.

12.    Qurumun norma  norma- (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.

13.    Saytın texniki imkanları sırasında abunənin və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunması da diqqətdən yayınmır.  Qurumun sosial şəbəkələrdə səhifəsi aktivdir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV