Friday 22nd November 2024,

2013

Ξ Leave a comment

Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytının Monitorinqinin yekunu (İcmal)

posted by informadmin
Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytının Monitorinqinin yekunu (İcmal)

Azərbaycan Respublikası  Ali Məhkəməsinin www.supremecourt.gov.az ünvanlı İnternet saytı  ümumi götürdükdə dolğun sayıla bilər. Ali Məhkəmənin tarixi haqda hazırlanmış materialda Azərbaycan məhkəmələrinin  tarixindən başqa,  strukturu, fəaliyyət istiqamətləri haqda da geniş məlumatlar mövcuddur. Saytda  e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Tabe qurumların,  ayrı-ayrılıqda saytlarının olması, rəhbərləri, onlarla  əlaqə vasitələri və qurumların fəaliyyətini əks etdirən videosüjetlər hazırlanmışdır ki, bu da saytı zənginləşdirir.  Bəzi sahələr üzrə bilgilərin verilməsini nəzərə almasaq, ümumilikdə sayt yaxşı təsir bağışlayır. Barəsində məlumat verilməyən  sahələr isə bunlardır: qurumun büdcəsi haqqında məlumat, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında heç bir bilginin olmaması, həmçinin quruma getmək üçün nəqliyyat vasitələri, marşrutlar haqda məlumatın olmaması çatışmayan cəhətlərdir. Beləliklə, saytda nələri görürük:

1. Qurum ilə bağlı təqdim edilmiş məlumatlar qaneedici sayılır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da yetərincə məlumarlar var .

4. Rəhbər işçilər, onlarla əks əlaqə,  qurumun rəhbərinin bioqrafiyası təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də mövcuddur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Bu haqda məlumatlar saytda öz əksini tapıb.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumatlara rast gəlinmir, həmçinin, qurumun sahə işçilərinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir.

7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Çatışmayan qaynar xəttin olmamasıdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin   işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgi yə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilmişdir. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda əks etdirilir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar öz əksini tapmır. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə  heç bir məlumat təqdim edilmir.

12. Qurumun norma  (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.

13. Saytın texniki imkanları sırasında abunənin və quruma gəlmək üçün nəqliyyat marşrutunun təqdim olunmaması da diqqətdən yayınmır.  Qurumun sosial şəbəkələrdə səhifəsi olsa da, aktiv sayıla bilməz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV