Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) İnternet saytı sol menyu, qəbul günləri və qəbul saatları haqqında bilgi, son xəbərlərdən başlıqlar, müvəkkilliyin telefon nömrəsi və ünvanı, axtarış qutusu və qaynar xətt telefon nömrəsi ilə açılır. Təəssüf ki, sayt uzun müddətdir yenilənmir. Sayta yerləşdirilən ən son xəbər 27 yanvar tarixlidir və o da bəlli deyil ki, bu, hansı ilin yanvarıdır. Bundan başqa keçidlər verilsə də bir çox bölmələr tamamilə boşdur. Saytda boş iş yerləri, vəzifəli şəxslər, e-poçt ünvanı haqqında da bilgi yoxdur. Ümumilikdə isə sayt aşağıdakı bölmələrdən ibarətdir:
• Axtarış: boş səhifə açılır
• Xəbərlər: boş səhifə
• Müvəkkil haqqında: müvəkkilin sadəcə biografiyası
• Müvəkkil haqqında qanunvericilik: “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu
• Təsisatın yaradılması: regional mərkəzlər (əsasnamə, regional mərkəzlərin yaradılması, regional mərkəzlərin səlahiyyətləri və iş qaydası), müvəkkili aparatı (struktur – boşdur)
• Şikayətlərə baxılma qaydası və nəticələri: şikayətə baxılma qaydası, statistik göstəricilər (boş)
• Müvəkkilin fəaliyyəti haqqında məlumatlar: dövlət orqanları ilə əməkdaşlıq (illər – boş), KİV-lə əməkdaşlıq (illər – boş), QHT-lə əməkdaşlıq (illər – boş), beynəlxalq əlaqələr (illər – boş), hüquqi maarifləndirmə (illər – boş), elmi-analitik sahədə fəaliyyət, ictimaiyyətlə əlaqələr (illər – boş), əhalinin müxtəlif kategoriyaları ilə iş (qaçqın və məcburi köçkünlər, uşaqlar, qadınlar, ahıllar)
• Müvəkkilin məruzələri: illik (2003 və 2004), xüsusi (boş)
• Araşdırmalar: bəzi araşdırmalara dair məlumatlar (illər – boş), müvəqqəti saxlanılma yerlərində yoxlamalar (illər – boş), istintaq təcridxanalarında baxışlar (illər – boş), cəzaçəkmə müəssisələrində baxışlar (illər – boş), hərbi hissələrdə görüşlər (illər – boş)
• Tədbirlər: konfranslar (illər – boş), seminarlar (illər – boş), dəyirmi masalar (illər – boş), treninqlər (illər – boş)
• Nəşrlər: müxtəlif nəşrlər haqqında
• Tərəfdaşlar: Asiya Ombudsmanlar İnstitutu, BMTİP, ATƏT, Beynəlxalq Ombudsmanlar İnstitutu, Avropa Ombudsmanlar institutu
• İnformasiya bülleteni: KİV, ombudsmanın fəaliyyəti, ərizələrlə iş, beynəlxalq əməkdaşlıq, hüquqi maarifləndirmə, ombudsman kütləri informasiya vasitələrində, qanunvericilik
Qeyd olunduğu kimi, Ombudsmanın İnternet saytı həm funksionallıq baxımından, həm də məzmun baxımından çox kasaddır. Üstəlik buraya çevikliyin də yoxluğunu əlavə etmək olar.