Saturday 23rd November 2024,

2013

Ξ Leave a comment

Dövlət Gömrük Komitəsinin www.customs.gov.az. domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Dövlət Gömrük Komitəsinin www.customs.gov.az. domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az. ünvanlı İnternet saytı daha dolğun və daha təkmil olması ilə dərhal diqqəti cəlb edir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Dövlət Gömrük Komitəsinin saytında sahə ilə əlaqəli bütün məlumatlara demək olar ki, rast gəlinir. Rast gəlinməyən bilgilər – sahə işçilərinin əmək haqqı, quruma gəlmək üçün nəqliyyat vasitələri haqda məlumatlar, tender və yarışmalarla bağlı elanlar, qurumun büdcəsi ilə bağlı məlumatlardır. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi yaxşı olardı.

3. Qurumun strukturu haqqında məlumatlar yetərincə olduğu üçün əlavə tövsiyyəyə ehtiyac yoxdur.

4. Rəhbər  işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim olunduğunu və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edildiyini nəzərə alsaq, əlavə tövsiyyəyə ehtiyac duyulmur. Burada çatışmayan yalnız regional bölmələrin rəhbərləri haqda məlumatlardır.

5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyyəyə gərək yoxdur.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər və əlavə xidmətlər haqqında geniş informasiyalar təqdim edilir. Bü üzdən də əlavə tövsiyyə verilmir.

8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verildiyi üçün əlavə tövsiyyə verilmir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də göstərilsəydi, yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün bu sahədə tövsiyyə yalnız regional bölmələrdə qəbul günlərinin verilməsi ilə bağlıdır.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanlar verilmədiyi üçün bu sahədə bilgilərin yetərli sayıla biləcək həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.

12. Qurumun norma  (qanun) yaratma fəaliyyəti barədə bilgilər geniş əks etdirildiyi üçün bu sahədə tövsiyyə verilmir.

13. Saytın texniki imkanları sırasında abunə imkanının da göstərilməsi yaxşı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV