Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

posted by informadmin
Dövlət Məşğulluq Xidmətinin  www.ses.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYYƏLƏR

Azərbaycan Respublikası  Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az ünvanlı İnternet saytı müəyyən qədər tələbata cavab verir. Yəni, bu saytın üzərində ciddi təkmilləşdirmə işləri aparılmasına zərurət yoxdur. Sadəcə, bəzi bölmələr də doldurularsa, sayt dolğun və zəngin olar. Yuxarıda qeyd etdiyimiz kimi, saytın xəritəsini aşağıdan yuxarıya, görünən hissəyə qaldırılmasın ona görə ehtiyac var ki, ziyarətçi sayta daxil olduqda saytın xəritəsinə baxır ki, özünə lazım olan məlumatı tapmaq üçün bütün saytı axtarmasın. Bizcə, bu, nəzərə alınacaq. Bundan başqa, qurumun rəhbərinin, struktur rəhbərlərinin bioqrafik məlumatları, sahə işçilərinin əmək haqları, dövlət büdcəsinin quruma aid hissəsi, tender və yarışmalarla bağlı elanların saytda əks olunmasına ciddi ehtiyac var. Ona görə də aşağıda bu istiqamətdə tövsiyyələrimizi təqdim edirik:

1. Qurum ilə bağlı informasiyalara qurumun rəhbərləri barədə bilgilərin əlavə edilməsi zəruridir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsi mütləqdir.

3. Qurumun strukturunun sxemi, aparat barədə bilgilərin, regional bölmələr və onlarla əlaqə imkanları haqqında bilgilərin verildiyini nəzərə alsaq, bu sahədə əlavə tövsiyyəyə ehtiyac yoxdur.

4. Rəhbər işçilər, onlarla əks əlaqələr təqdim edilsə də, qurumun rəhbəri, müavinləri və başqa rəhbər şəxslərin bioqrafiyalarına rast gəlinmir. Bioqrafik bilgilər də göstərilsə, yaxşı olar.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar yetrəli sayıla bilər, həmçinin qurumdaxili əmr və qərarların və onların reyestrinin saytda yer alması da gərəkdir.

6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalara əlavə xidmətlər barədə və qaynar xətt barədə bilgilər daxil edildiyi üçün əlavə tövsiyyə verilmir.

8. Quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi də tövsiyyələr sırasındadır.

9. Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.

10. Həmçinin, vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında məlumatlar da təqdim edilsəydi sayt dolğunlaşardı.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni tövsiyyə şamil olunur.

12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərin ətraflı təqdim edilməsi gərəklidir.

13. Saytın texniki imkanları sırasına abunə imkanı da daxil edilərsə bu sahədə başqa tövsiyyəyə ehtiyac duyulmaz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV