Friday 19th April 2024,

2013

Ξ Leave a comment

Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az. domen adlı internet saytının monitorinqinin yekunu (İCMAL)

posted by informadmin
Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az. domen adlı internet saytının monitorinqinin yekunu (İCMAL)

Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin www.ses.gov.az ünvanlı İnternet saytını tam dolğun hesab etməsək də, iş axtaranlar üçün lazım olan məlumatları saytda tapmaq mümkündür. Saytda tarixin qurumu, struktur sxemi haqda məlumatlar olsa da, rəhbərlik, aparat, struktur işçilərinin barəsində bioqrafik məlumatlar təqdim olunmamışdır. Vətəndaşlara bəzi xidmətlər göstərilsə də, xidmətlərdən istifadə qaydaları izah olunmur. Məsələn, vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik bölməsindən istifadə qaydası izah olunmayıb. Saytda  e-xidmətlər bölməsi mövcuddur ki,  müəyyən xidmətlər bu yolla təklif edilir. Bununla belə saytda bir sıra gərəkli bölmələr üzrə bilgilər verilmir. Vətəndaşların qurumun özündə işə qəbulu, vətəndaşların qəbul günləri və saatları, tender elanları, tender və yarışmaların nəticələri bölmələri, qurumun büdcəsi haqda saytda heç bir məlumat əks olunmur.  Amma bu qurumun saytında bir unikallıq var ki, o da regional bölmələr üçün gözəl bir elektron xəritənin işlənib hazırlanmasıdır. Həmin xəritədə hansı regionun üzərinə tıklayırıqsa,  həmin şəhərin Dövlət Məşğulluq Xidmətinin yerli şöbəsinin məlumatları görünür. Bundan başqa, həmin şəhər haqqında ümumiləşdirici məlumatlar öz əksini tapır ki, bu da sayr haqqında yüksək fikir söyləməyə əsas verən amillərdəndir.  Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:

1. Qurum ilə bağlı informasiyalar təqdim edilsə də, qurumun tarixi və rəhbərliyi haqda bioqrafik bilgilərə rast gəlinmir.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri təqdim edilir. E-poçt ünvanları olsa da, quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

3. Qurumun strukturunun sxemi və aparat barədə bilgi, həmçinin, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri haqda bilgilər saytda əks etdirilmişdir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə imkanıarı təqdim edilir, lakin rəhbərin, onun müavinlərinin, digər struktur rəhbərlərinin bioqrafiyasına saytda rast gəlinmir. Qurumun ümumi əlaqə imkanları da saytda öz əksini tapır.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar,  mətbuat üçün açıqlamalar davamlı olaraq  yenilənir. Amma çox yaxşı olardı ki, əmək yarmarkalarının harada və nə vaxt keçiriləcəyi haqda elanlar  və elanların arxivi də saytda əks etdirilsin. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilərə rast gəlimədik.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir, saytda əlavə xidmətlər və qaynar xətt barədə də bilgi verilmişdir.

8. Təəssüf ki, quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında heç bir bilgi təqdim edilmir.

9. Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də məlumata rast gəlmədik. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi də saytda gözə dəymədi.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilər əks etdirilmir.

12. Saytda təqdim edilən məlumatlar sırasına dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti də aid edilə bilər.

13. Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanıdır. Qurumun sosial şəbəkələrdə öz səhifəsi mövcuddur. Yaxşı olardı ki, saytın xəritəsi lap aşağıda deyil, saytın yuxarı hissəsində görünən tərəfdə yer tutaydı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV