Friday 24th September 2021,

Xəbərlər

Ξ Leave a comment

Azərbaycan internetin dostu olmadığı kimi, düşməni də deyil

posted by

Çərşənbə axşamı, 7 noyabr 2006 , Azadlıq radiosu

Azərbaycan internetin dostu olmadığı kimi, düşməni də deyil

Şahnaz Bəylərqızı

Azərbaycan internetin düşməni deyil, amma heç dostu da adlandırıla bilməz. Bakıda söhbətləşdiyim peşəkarlar və internet istifadəçilərinin əksəriyyəti bu qənaətdədir. Baxmayaraq ki, dörd il öncə «Sərhədsiz Reportyorlar» Təşkilatı Azərbaycanı da internetin düşməni siyahısına salmışdı. Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün sözlərinə görə, üç-dörd il əvvəllə müqayisədə ölkədə internetlə bağlı nə texnoloji, nə də siyasi-ideoloji senzura var. Əksinə istifadəçilərin sayı 600 mini ötüb, qanunverici baza və əksər dövlət qurumlarının internet səhifələri hazırlanıb, elektron hökumət yaradılması yönündə işlərə başlanılıb. Amma mütəxəssislər bu addımları müsbət dəyərləndirsələr də, Azərbaycanın internetin dostu adını qazanması üçün də yetərli saymırlar.

Ölkədə internetin hələ də kütləviləşməməsi, bütün regionları əhatə etməməsi internet qəzet və saytlarının sayına da təsir göstərir. Düzdür, onlar ötən illərlə müqayisədə artsa da, çap mətbuatı qədər populyar deyillər.

«Media forum» saytının redaktoru Azər Qaraçənli deyir ki, Azərbaycan hakimiyyəti internet jurnalistikasını özünə təhlükə saymadığından ona biganədir:

«Prezident informasiya müharibəsindən danışır. İnformasiya müharibəsini ən ucuz, ən çevik şəkildə internet apara bilər. Deməli, hökumət internet təsisatlarının saxlanmasında maraqlı olmalıdır. Hətta onu tənqid edən internet qurumunun saxlanmasına da dəstək verməlidir»

«Nə zamansa internetdə ölkədə sensasiya doğuracaq məlumat çıxarsa, onun dostu da, düşməni də artacaq. Hər halda, Azərbaycan hökuməti internetə o qədər də dost münasibət bəsləmir. Amma çap mətbuatı ilə müqayisədə düşmən münasibətdə də deyil. Bu da onunla bağlıdır ki, internet jurnalistikasının cəmiyyətə təsiri yoxdur».

Ancaq bununla belə, bir müddət öncə iqtidara tənqidi münasibəti ilə seçilən və yazılarında satirik üsluba üstünlük verən «Tinsohbeti.com» saytı fəaliyyətini dayandırmalı olmuşdu. Saytın yaradıcıları bunu hökumətin təzyiqləri ilə izah etsələr də, ortada dəlillər olmadığından heç kim bunu nə təkzib, nə də təsdiq etdi. Az sonra isə «tin»çilər yenidən görünməyə başladılar.

Azər Qaraçənli deyir ki, Azərbaycanda internet qəzetlər məhkəməyə verilmir, qapadılmır, belə qəzet və ya saytın əməkdaşları təzyiqlə üzləşmir. Sadəcə, həmin internet səhifələri haker hücumları ilə dağıdılır: «Hər halda, həmin internet səhifələrinin yaradıcıları belə deyirlər. Amma bu hücumun hardan gəldiyini indiyəcən heç kimi qəti deyə bilməyib».

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz isə internet qəzetlərin azlığını siyasi senzura ilə yox, maliyyə problemləri ilə bağlayır. Onun qənaətincə, məhz maddi problem internet qəzetlərinin uzunömürlü olmasına imkan vermir. Şirkətlər, qurumlar internetdə reklam verməkdə maraqlı deyil, dövlətsə dəstək vermək istəmir:

«İnternet resurs qəfil yoxa çıxır. Araşdırırsan, siyasi, texnoloji senzura yoxdur. Sadəcə, maliyyə problemi olduğuna görə iflasa uğrayıb. Buna görə də, hökumət də bu işə cəlb olunmalıdır. Prezident informasiya müharibəsindən danışır. İnformasiya müharibəsini ən ucuz, ən çevik şəkildə internet apara bilər. Deməli, hökumət internet təsisatlarının saxlanmasında maraqlı olmalıdır. Hətta onu tənqid edən internet qurumunun saxlanmasına da dəstək verməlidir».

Bir qədər də internet istifadəçilərinin üzləşdiyi çətinliklərdən. İnternet istifadəçilərinin ən böyük gileyi onun sürətinin aşağı olmasındandır. Buna səbəbsə mütəxəssislərin sözlərinə görə, internetə çıxış xidməti göstərən şirkətlərin – provayderlərin böyük əksəriyyətinin beynəlxalq şəbəkəyə bir nöqtədən qoşulmasıdır. Osman Gündüz deyir ki, Azərbaycan internet məkanının 85 faizinə bir şirkət nəzarət edir. Bu da internetin keyfiyyətinə təsir edir. Beynəlxalq internet şəbəkəsinə qoşulmaq yönündə inhisar aradan qaldırılmalıdır. Bundan başqa, hökumət öz provayderləri olan «Bakinternet» və «Aztelekom»dan savayı başqalarının da fəaliyyətinə yardım göstərməlidir.

İnternetin düşməni siyahısından çıxan Azərbaycanda internet istifadəçilərinin sayının artması, onun dostlarının çoxalması da ekspertlərə görə, məhz bu problemlərin həllindən asılıdır. Eyni zamanda, İnformasiya ombudsmanının təyinatı da bu yöndəki problemlərin həllinə təsir edə bilər. Bu isə artıq prezidentdən asılıdır. Yerli, eləcə də beynəlxalq qurumların müraciətinə baxmayaraq, hələlik dövlət başçısı ombudsmanın təyin olunması barədə öz qərarını ləngidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV