"ANS"in fəaliyyəti dayandırıldı
Milli Televiziya və Radio Yayım Şurası noyabrın 24-də ANS ÇM radiosunun və ANS televiziyasının lisenziya müddətinin uzadılmaması və onların yayımının dayandırılması haqqında qərar qəbul edib. "ANS" TV və "ANS ÇM" radiosu saat 15:00-dan etibarən yayımını dayandırdı.
Şuradan verilən məlumata görə, noyabrın 24-ü saat 15-dən "ANS" TV-nin və "ANS ÇM" radiosunun yayımı dayandırılacaq. Həmin tezlikdə başqa televiziya və radionun yayımlanması üçün müsabiqə elan olunub.
Milli Televiziya və Radio Yayım Şurası bunu ANS televiziya və radiosunun indiyədək olunan xəbərdarlıq və iradları nəzərə almaması, həmçinin vergidən yayınması ilə izah edir. Məlumatda deyilir ki, şura bu addımı Azərbaycan Respublikası Televiziya və Radio Yayımı haqqında qanunun 22,4 maddəsini əsas alaraq atdığını bəyan edib.
"ANS" TV və "ANS ÇM" radiosu saat 15:00-dan etibarən yayımını dayandırdı.
xxeber
24.11.2006