Friday 19th April 2024,

Xəbərlər

Ξ Leave a comment

İnformasiya uğrunda “qırğın” – 2

posted by

İnformasiya uğrunda "qırğın" – 2

“O gün bir məktub aldım. Üzərindən gəldiyi ünvanı oxuyunca sevindim. 1 ay öncə göndərdiyim informasiya sorğusunun cavabı idi. Düşündüm ki, yarımçıq qalmış yazımı tamamlaya biləcəm. Cavabı da öz səyim nəticəsində məhkəmə yolu ilə aldım. O da natamam…” Yaşar Ağazadə “Müxalifət” qəzetinin jurnalistidir.

Qanundan bixəbər məhkəmələr

“Mətbuat işçiləri daima ictimai – siyasi hadisələrlə bağlı məlumat almağa çalışırlar. Lаkin informasiya sahibləri sorğulаrı cavablandırmaqda maraqlı deyil. Cavablandırldığı halda isə tələb olunan informasiya verilmir” – deyən Yaşar digər bir sorğunu maliyyə naziri Samir Şərifova göndərib: “Bu sorğu Maliyyə Nazirliyinin 2005-ci ildə BDU-da maliyyə və təsərrüfat fəaliyyətini təftiş etməsi ilə bağlı idi. Sorğumda həmin təftişin nəticəsinə uyğun olaraq, yoxlama aktının surətini istəmişdim. Yoxlamanın aparılması və qanunsuzluqlar aşkar olunması haqqında ümumi bir cavab yazıldı. Aktın surətinin nəyə görə verilmədiyinin səbəbləri isə göstərilmədi. Ona görə yenə Nəsimi rayon məhkəməsində iddia qaldırdım. Bu dəfə iddiam təmin olunmadı. Qətnamədə göstərildi ki, “KİV haqqında” və “İnformasiya əldə olunması haqqında” qanunda sənədin surətinin verilməsi nəzərdə tutulmayıb. Faktiki olaraq qanunda deyilir ki, sənədin surəti verilə bilər. Hazırda bu iş Apellyasiya məhkəməsindədir”.

“Heç bir halda məhkəmələr qanunda nəzərdə tutulduğu kimi informasiya sahiblərini məsuliyyətə cəlb etmir”

Yaşar sorğuların cavablandırlmamasının jurnalistə ziyanlı tərəflərindən də söz açdı: “Vətəndaşlardan fərqli olaraq, biz jurnalistlər informasiyanı yaymaq üçün əldə etmək istəyirik. Bu hüquq bizə qanunvericilikdə verilib. Amma bizə informasiya verilmir, bununla da biz informasiyanı yaya bilmirik. Deməli, peşə fəaliyyətini obyektiv, maneəsiz və qanuni olaraq həyata keçirə bilmirik. Yuxarıda adıçəkilən işlərə görə yazılarım yarımçıq qaldı. Aylarla yazılar yığılıb qalıb. Tаmаmlаyа bilmirəm. Bu, 1-cisi şəxsi zəmində peşə fəaliyyətimi həyata keçirməyə məne olur, 2-cisi redaksiyaya yazı verə bilmirəm və buna görə də qonarar ala bilmirəm. Bu da maddi ziyan. Lakin heç bir halda məhkəmələr infоrmаsiyа sаhiblərinə cəza tətbiq еtmir”. Ələsgər müəllim qanunvericiliyə əsaslanaraq bu аnlаşılmаzlıьı izаh еdərkən dеdi ki, sorğu cavablandırılmayıbsa və ya cavab gеcikdirilibsə, informasiya sahibi İnzibati Xətalar Məcəlləsinin 186-ci məddəsinə görə (jurnalist sorğusuna cavab verilməməsi) məsuliyyət daşıyır».

Cavabı öz səyi nəticəsində alan jurnalistlərdən ikincisi…

Məhkəmələrin sorğunu cavabalandırmayan informasiya sahiblərini məsuliyyətə vaxtında cəlb etməməsi bu prosesin sonrakı fəaliyyətinə də təsir edir. Bu gün jurnalistin haqlı iddiası təmin olunmursa və günahkar tərəf cəzalandırılmırsa, sabah başqa bir jurnalistin sorğusuna da elə məsuliyyətsizliklə yanaşılacaq. “Ekspress” qəzetinin müxbiri Aytən Fərhadova da bu məsuliyyətsizlikdən əziyyət çəkənlərdəndir: “Bu yaxınlarda tikinti materialları ilə bağlı yazı yazırdım. 4 ay vaxt sərf etdim. Yazım üçün Satndartlaşdırma Metrologiya və Patent üzrə Agentiliyə sorğu ünvanladım. Cavabı 1 aya aldım. Bu 1 ay müddətində hər gün mətbuat xidmətinin rəhbəri Yadigar Babayevə zəng etmişəm. Hər dəfə də müxtəlif səbəblər gətirib. Ya fundamental suallar olduğunu, ya da təmir işlərinin getdiyini bəhanə edib. Əslində mənim sorğuya daxil etdiyim sualların cavabı internet ünvanında yerləşdirilməli idi. Mən həmin qurumdan sayt haqqında soruşanda, onların internet ünvanı üzərində təmir işlərinin getdiyini öyrəndim. Gec cavablandırmanın həm yazımın gec çıxmasına, həm də yazımın nəticəsində baş vermiş hadisələrin yubadılmasına təsiri oldu. О yazıdan sonra mənim araşdırdığım tikinti marerialların keyfiyyəti şübhə altına alındı. Amma iş daha tez alına bilərdi”.

“İnformasiya sahibləri tərəfindən internet resusrslarında yerləşdirilməsi zəruridir”

“İnformasiya əldə olunması haqqında” qanuna görə 1 il müddətinə bütün dövlət orqanlarının internet saytları hazırlanmalı idi. Indi vəziyyət necədi? Bir neçə strukturların hələ də internet saytı yoxdur. Əgər qanun icra olunmayacaqdısa, onun qəbuluna ehtiyac da yox idi”. Ələsgər Məmmədli sorğularla bağlı onu da qeyd etdi ki, sorğu vasitəsi ilə açıqlanmış ictimai informasiyalar yox, açıqlanmayan lakin ictimai mahiyyətli informasiyalar əldə olunmalıdır: “Çünki qanunun 29-cu maddəsində göstərilir ki, bəzi informasiya növləri var ki, onlar sorğuda istənilmədən də informasiya sahibləri tərəfindən də cəmiyyətə açıqlanmalıdır. Onların internet saytında, KİV vasitəsilə və ya başqa metodlarla. Bu baxəmdan əslində, sorğuların sayının azaldılması, informasiya alınması yükünü azaldılması baxımından ictimai əhəmiyyətli informasiyaların informasiya sahibləri tərəfindən internet resusrslarında yerləşdirilməsi zəruridir. Bu qanunda tələb kimi göstərilib. Vəzifə kimi qoyulub informasiya sahiblərinin üzərinə. Lakin elə məsələlər var ki, onların internetdə yerləşdirilməsi mümkün deyil”.

Azərbaycandаn Türkiyə təcrübəsinə qısа nəzər

Məmmədlinin sözlərinə görə, Türkiyədə informasiya əldə olunması haqqında qanun 4 аrrеl, 2004-cü ildə qəbul edilib. Lakin qanunun qəbulundan 6 ay əvvəl və sonra onun həyata keçirilməsinə dair hazırlıq işləri gedib. Həmin qanunda nəzərdə tutulan proseslər – informasiyaların internet saytlarında yerləşdirilməsi, məlumatların verilməsi üçün müvafiq strukturların (Bilgi edilmə qurumlarının) yaradılması 6 ay ərzində hazırlanıb: «Hazırda Türkiyənin istənilən dövlət qrumunun internet səhifəsinə daxil olsaq, burada qurumla bağlı lazımi informasiyalar yerləşdirilib. Bundan başqa saytda hüquqi və fiziki şəxslər üçün hər biri ayrı ayrılıqda əlavə məlumat alınması ilə bağlı sorğu göndərmə hissəsi də ayrılıb. Bu da insanlara daha asan yolla – elektron poçt vasitəsilə məlumat almağa şərait yaradır. Türkiyə Cümhuriyyətində elektron hökumət çoxdan qurulub. Hər bir vətəndaşın öz nömrəsi vardır ki, bu nömrə altında onun haqqında bütün məlumatlar dövlətin məlumat bazasında yerləşdirilib. 2-ci Azərbaycandan fərqli tərəf ondan ibarətdir ki, Türkiyədə Ombudsmanlıq yoxdur. Parlament tərəfindən seçilmiş 7 nəfərdən ibarət komissiya fəaliyyət göstərir. Komissiya məhdud informasiyanın qanuni şəkildə məxfi olub olmamasını, informasiya sorğularının nə səbəbdən gecikdirilməsini və ya cavablandırılmamasını araşdırır. Əgər informasiya qeyri – qanuni şəkildə ya verilməyib, ya gecikdirilib, ya da məhdudlaşdırılıbsa, komissiya özü məlumatı alıb sorğuçuya verir. Biz Azərbaycanda da komissiyanın yaradılması ilə bağlı təklifimizi irəli sürdük. Lakin qəbul olunmadı. Azərbaycanda qanunun qəbulundan 6 ay sonra İnformasiya İşləri Üzrə Müvəkkil təyin olunmalı idi. İyun ayında qurulmalı olan bu qurum üçün hələ hеч nаmizədlər də müəyyənləşdirilməyib”.

Vüsalə Əlibəyli
23.11.2006
xxeber

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV