Tuesday 03rd December 2024,

2013

Ξ Leave a comment

Kəlbəcər Rayon İcra Hakimiyyətinin İnternet resursu: www.kelbecer-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Kəlbəcər Rayon İcra Hakimiyyətinin İnternet resursu: www.kelbecer-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu  /İCMAL/

Kəlbəcər  Rayon İcra Hakimiyyətinin İnternet resursu da digər zəngin olmayan saytlar kimi gərəkli məlumatlar baxımından kasaddir. Gərəkli bilgilərlə yanaşı cari informasiyaların uzun aralıqlarla yerləşdirilməsi  diqqətdən qaçmır. Həmçinin quruma daha öncə rəhbərlik etmiş şəxslər haqqında, şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbullla bağlı bilgilər haqqında saytda informasiya yoxdur.  Sayt görünüşünə görə aşağıdakı kimidir:

1.    Doğrudur, rayon haqqındakı  tam və dolğun bilgilər saytda öz əksini tapır. Qurum barədə verilmiş yeganə məlumat  icra hakimiyyətinin başçısı haqqındakı bilgilərdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və qurumun əsasnaməsi haqqında isə heç bir məlumat saytda əks etdirilmir.

2.    Qurumu ziyarət etmək istəyənlər üçün  əks əlaqə vasitəsi olaraq  qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt  ünvanları  göstərilir. Lakin qurumunun ünvanının marşrut  və sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilər təqdim edilmir.

3.    Təşkilatın strukturunun sxemi, qurumunun alt bölmələri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim olunsa da, struktur bölmələrinin səlahiyyət çərçivələri və struktur bölmələrinin dəqiq (tam) ünvanları barədə bilgilərə rast gəlinmir.

4.    Rəhbər və rəhbər işçilər haqqında verilən bilgilər sırasında icra hakimiyyətinin başçısının bioqrafiyası, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Yəni bu bölməni yetərli saymaq olar. Burada çatışmayan yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərdir.

5.    Cari informasiyalar baxımından saytda daimilik nəzərə çarpmır.  Məsələn, oktyabr ayı olmasına baxmayaraq, saytdakı son xəbərlər  22 fevral  2013-cü il tarixində  yerləşdirilmişdir. Həmçinin  qurumdaxili əmrlər, sərəncamlar, qərarlar və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Qurumun büdcəsi, onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar əks etdirilmir.

7.    Rayon İcra Hakimiyyəti  tərəfindən təklif edilən xidmətlər sırasında ancaq onlayn müraciət imkanı yer almışdır. Saytda nə qurumunun təklif etməli olduğu mütləq və əlavə xidmətlər, nə elektron formada təklif olunan xidmətlər, nə də qaynar xətt barədə məlumat verilmir.

8.    Boş iş yerləri və işə qəbulla bağlı heç bir bilgi verilmir.

9.    Təəssüf ki, qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat yoxdur.

10.    Vətəndaşların qəbulu ilə bağlı qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları və dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda öz əksini tapsa da, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları və qurumda vətəndaşların qəbul qaydaları barədə heç bir bilgiyə rast gəlinmir.

11.    Tender və yarışmalar haqqında saytda hər hansı bir bilgi verilmir.

12.    Sayt texniki imkanlar baxımından normal sayıla bilər. Saytda onlayn müraciət  forması  təqdim olunsa da,  abunə imkanı və sayt daxilində axtarış mövcud deyil.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV