Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, qurumun tarixi və keçmiş rəhbərləri haqqında çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir.Burada diqqət çəkən məqamlardan biri də e-xidmətlərin olmasıdır. Ancaq bununla belə, saytda müəyyən qədər çatışmayan bilgilər də mövcuddur. Məsələn, Azərbaycan polisinin I Qarabağmüharibəsində Vətən torpaqları uğrunda 1000-nəfərdən çox şəhid verməsinə və xeyli sayda yaralı olmasına baxmayaraq bu məlumatlar qurumun saytında əks olunmur. Həmçinin, sahə işçilərinin əmək haqları barədə də bilgilərə rast gəlinmir. Lakin nəzərə alsaq ki, saytın texniki imkanları bu çatışmazlığı aradan qaldırmağa yetər, o zaman deyilən istiqamətdə tövsiyələrimizi təqdim etməyə dəyər.
Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilərin və kollegiya haqqında informasiyaların saytda geniş əks etdirildiyinə görə əlavə tövsiyə verilmir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı, yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi verilsin.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgiləritəqdim edildiyi üçün əlavə tövsiyə verilmir.
4. Rəhbər işçilər, onlara əks əlaqə, rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları da əks etdirildiyi üçün bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də ayrıntılı bilgilərin daxil edilməsi tövsiyə olunur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim edilsə də, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların da saytda yer alması yaxşı olardı.
7. Qurum tərəfindən təklif edilən xidmətlər sırasında qaynar xətt və cağrı xidməti saytda əks etdirildiyi üşün əlavə tövsiyəyə ehtiyac duyulmur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edildiyini nəzərə alaraq bu sahədə də tövsiyəyə ehtiyac duyulmur.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də saytda öz əksini tapdığı üçün əlavə tövsiyəyə gərək duyulmur.
11. Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər də təqdim edilsəydi bu sahə dolğunlaşmış olardı.
12. Daha bir tövsiyyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir. Burada yaxşı olardı ki, qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.
13. Saytın texniki imkanları sahəsində domen rahatlığı, saytda axtarış və abunə imkanlarının, sosial şəbəkələrdə səhifəsinin olmasını da nəzərə alsaq əlavə tövsiyəyə ehtiyac duyulmur.