Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin www.mod.gov.az ünvanlı İnternet saytı, yeni qurulmasına baxmayaraq bir sıra bölmələr üzrə bilgilər verməyə çalışır.  Saytda Azərbaycan Respublikasının Müdafiə sektorunun tarixi haqda mıəlumatlar, özəlliklə də saytın “Yaddaş” bölməsində Azərbaycanın işğal altında olan İrəvan və Dağlıq Qarabağın tarixi, həmçinin faciələrimiz – 20 yanvar, Xocalı, 31 mart soyqırımlarına aid geniş məlumatların əksini tapması təqdirəlayiq haldır. Azərbaycanın müdafiə sahəsindəki hərbi doktirnalar, qanunlar da öz əksini tapıb. Bundan başqa, saytda Azərbaycan ordusuna, , Azərbaycan şahinlərinə, C.Naxçıvanski adın Hərbi Litseyə aid videosüjetlərin yer alması hazırlanan saytın güclü olaraq ərsəyə gələcəyindən xəbər verir. Saytın istifadəsi rahatdır. Bütün bunlarla bərabər saytda hələ xeyli bilginin çatışmadığı da gözdən qaçmır. Lakin hesab etmək olar ki, hələ sayt üzərində iş gedir və verəcəyimiz qiymət onun konkret tarixə olan durumuna aiddir. Beləliklə, saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərlərindən yalnız indiki rəhbər və onun müavini haqqında bilgi verilir. Kollegiya haqqında bilgiyə isə rast gəlinmir.

2. Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan və ümumi xarakterli telefon və e-poçt göstərilsə də, ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi təqdim olunmur. Quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də bilgi yoxdur.

3. Qurumun strukturu barədə təəssüf ki, heç bir bilgi təqdim edilmir.

4. Rəhbər işçilər, onlara əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə təqdim edilmir.

5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Ancaq qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgi yoxdur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda bilgilərə rast gəlinmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir. Çatışmayan yalnız qurum tərəfindən təklif edilən əlavə xidmətlər və qaynar xətt nömrəsidir.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər də təqdim edilməyən bilgilər sırasındadır.

9. Növbəti təqdim edilməyən bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.

10.Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlara rast gəlinir.

11. Daha bir əks etdirilməyən bilgilər tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında da heç bir məlumat göstərilmir.

12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilərin heç birisi saytda öz əksini tapmamışdır.

13.  Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Ancaq abunə imkanı, axtarış sistemi, qaynar xətti yoxdur.Sosial şəbəkələrdən fasebook-da iki saxta profili açılıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV