Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin www.scwra.gov.azünvanlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, xüsusilə dini icmalar, qurumlar, ziyarətgahlar haqqında haqqında kifayət qədər məlumatlar mövcuddur. Burada çatışmayan bilgi həmin qurumların rəhbərləri haqda məlumatlar və onlarla əlaqə formalarıdır. Məsələn, dini xəritədə çox gözəl formada hansı bölgədə neçə dini icmanın və hansı qurumun, ziyarətgahın yerləşməsi haqda bilgi təqdim edilsə də, həmin qurumların telefon nömrələri və rəhbərlərinin heç olmasa ad və soyadı da göstərilsəydi məlumat daha dolğun olardı. Lakin, biz buna rastlamadıq. Quruma işə qəbul qaydaları və boş iş yerləri haqda, həmçinin, sahə işçilərinin əmək haqları barədə heç bir məlumata rast gəlinmir. Saytın texniki imkanları və funksionallığı  öz yerindədir, sosial şəbəkələrə qoşulma aktivliyi və qaynar xəttinin olması  diqqət çəksə də, abunə imkanının olmaması nəzərdən qaçmır. Saytda  e-xidmətlərin olması təqdirəlayiq haldır.  Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.  Qurum ilə bağlı qurumun öncəki rəhbərləri haqqında bilgilərin də təqdim edilməsi sayəsində bu bölmə daha dolğun sayılar.

2.   Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün verilmiş imkanlarla yanaşı yaxşı olardı ki, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də  bilgi verilsin.

3.   Qurumun strukturnun ümumi sxemi, aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilir. Lakin burada təqdim edilməyən regional bölmələr və alt qurumların rəhbərləri haqda məlumat və onlarla əlaqə vasitələridir.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarıəks etdirildiyi üçün əlavə tövsiyə verilmir.

5.      Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) məlumat verilsəydi yaxşı olardı. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə  bilgilər yetərli sayıla bilər.

6.  Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların saytda yer alması yaxşı olardı.

7. Qurum tərəfindən təklif edilən xidmətlər sahəsində əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivinin təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda yer alsın.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə yalnız dövlət qurumunun rəhbərinin qəbulu ilə bağlı bilgilər saytda öz əksini tapır. Yaxşı olardı ki, digər struktur rəhbərləri tərəfindən də vətəndaşların qəbul qaydaları barədə ümumi bilgi təqdim edilsin. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilərin də əks etdirilməsi lazımlıdır.

11.  Növbəti tövsiyyə tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərin təqdim edilməsi də tövsiyələr sırasındadır.

12. Daha bir tövsiyyə qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir. Burada yaxşı olardı ki, qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapsın.

13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi nəticəsində bu bölmə də dolğunlaşmış olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV