Azərbaycan Respublikası Vergilər Nazirliyinin www.taxes.gov.az. domen adlı İnternet saytı, monitorinqdə də qeyd etdiyimiz kimi, çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri də ayrıca e-xidmətlər bölməsinin olmasıdır. Sayt demək olar ki, bütün bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələrinin mübahisəli həlli qaydaları, büdcədənkənar daxilolmalarla bağlı heş bir məlumata rast gəlinmir. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə ayrıca bilgilər verildiyi üçün bu sahədə də heç bir tövsiyə verilmir.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmuşdur. Amma yaxşı olardı ki, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Yaxşı olardı ki, bu barədə də məlumatlar təqdim olunaydı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında kifayət qədər geniş məlumatlar saytda yer almışdır. Burada çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilərdir ki, bu da əlavə edilsəydi sahə dolğunlaşmış olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır. Bu üzdən də əlavə tövsiyyəyə lüzum görülmür.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyyələr sırasındadır. Həmçinin, qurumun sosial şəbəkələrdən twitter və fasebook sosial şəbəkəsində olan səhifələri aktivliyi ilə diqqəti cəlb edir.