Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin www.taxes.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin www.taxes.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin www.taxes.gov.az. domen adlı İnternet saytı, bəzi bölmələri nəzərə almasaq, demək olar ki, yetərli və dolğun bilgi verməsi baxımından diqqət çəkir. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Elektron xidmətlər bölməsinin ayrıca təqdim edilməsi, qurumun tarixi, ünvanı, ünvana gəlmək üçün marşrutlar, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, qaynar xətt, çağrı mərkəzinin olması, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk. Xüsusilə də, qurum rəhbərliyi quruma dövlət büdcəsindən ayrılan vəsait və onun icrası haqqında məlumat verilmişdir. Amma bunu  sahə işçilərinin əmək haqqı barədə demək olmur. Saytda demək olar ki, çox az bölmə boşdur: sahə işçilərinin tarif stavkası, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları, büdcədənkənar daxilolmalarla bağlı sahələr aiddir. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

1.      Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.

2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmışdır.

 3.      Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.

 4.      Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.

 5.      Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

6.      Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutur.

 7.      Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, qaynar xətt nömrəsi və çağrı mərkəzi də mövcuddur.

8.      Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və  işə qəbulun norma və qaydaları , dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir məlumata rast gəlinmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.

11.    Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.

12.    Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV