Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az ünvanlı İnternet saytı dizayn fəqrliliyi baxımından digər qurumların saytlarından fərqlənir. Sayt açılan kimi orada Azərbaycanın klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Fizulinin, Qara Qarayevin, Üzeyir Hacıbəyovun, İmadəddin Nəsiminin və Niyazinin fotolarından ibarət slayd-şou, disklər, rəssam fırçaları Azərbaycanın milli-mədəni irsi – xalçalar, kitablar ziyarətçilərin gözünü oxşayır. Sayt açılarkən Azərbaycanın dövlət himninin müşayiəti ilə açılır. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi bütövlükdə götürdükdə normal sayıla bilər. Saytın strukturunun sxeminin olması, sahə işçilərinin əmək haqqı ilə bağlı məlumatlar, rəhbərliklə əlaqə, rəhbərliyin bioqrafik məlumatları, sosial şəbəkələrdə səhifəsinin mövcudluğu, onlayn müraciət imkanı, elektron xidmətlərin olması, rəhbər işçilərin tarif stavkasının təqdimatı sytda öz əksini tapır. Qurumun abunə imkanının və qaynar xəttinin yoxluğu çatışmayan cəhətlərdəndir. Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun büdcəsi haqqında bilgilər yarımçıq verilir. Yəni, saytda qurumun sahə işçilərinin tarif stavkası göstərilsə də, büdcənin icrası haqqında heç bir bilgiyə rast gəlmirik. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayılır.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturunun ümumi sxeminə saytda rast gəlinir. Aparat işçiləri haqda bioqrafik məlumat verilir, digər rəhbər işçilər barədə də bilgilər təqdim edilir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərə də rast gəlinir.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər yarımçıq təqdim olunur.
7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin, işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilər mövcuddur. Rəhbər işçilərin tarif stavkası təqdim edilmişdir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Həmçinin, dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.
11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların və keçirilmə qaydaları, tender və yarışmaların nəticələri, nəticələrinin mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.
12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.
13. Saytın texniki imkanları sırasında abunə imkanı çatışmır. Qurumun sosial şəbəkədəki səhifəsi dolğun təqdim olunur.