Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin www. azstand.gov.az saytının monitorinqinin yekunu/ İCMAL

posted by informadmin
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin www. azstand.gov.az  saytının monitorinqinin yekunu/ İCMAL

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin www. azstand.gov.az  ünvanlı İnternet saytı  dolğunluğu və daxili məlumatların bolluğu ilə diqqəti cəlb edir. Nazirliyin tarixi haqda hazırlanmış məlumatlarda qurumun tarixi, rəhbərlik haqda ətraflı məlumatlar, rəhbərliyin bioqrafiyası, onlarla əlaqə vasitələri, qaynar xətt, qurumun strukturu, fəaliyyət istiqamətləri, aparat  və onlarla əlaqə vasitələri mövcuddur.  Saytda ayrıca  e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır.  Bəzi sahələr üzrə bilgilərin verilməsini nəzərə almasaq, ümumilikdə sayt əla təsir bağışlayır. Barəsində məlumat verilməyən  sahələr isə bunlardır: qurumun büdcəsi haqqında məlumat olsa da, sahə işçilərinin əmək haqqı, tender və hərraclar haqqında natamam bilginin təqdim olması, həmçinin quruma getmək üçün nəqliyyat vasitələri, marşrutlar haqda məlumatın olmaması çatışmayan cəhətdir. Bunlar da olsaydı, sayta hər hansı bir tövsiyyənin verilməsinə ehtiyac duyulmazdı. Beləliklə, saytda nələri görürük:

1. Qurumun tarixi  ilə bağlı təqdim edilmiş məlumatlar çox yaxşıdır. Videosüjetlərin hazırlanması da saytı zənginləşdirən cəhətlərdəndir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri, strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumarlar var .

4. Qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları da mövcuddur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında məlumatlar göstərilmir. Qurumun sahə işçilərinin tarif stavkası ilə əlaqəli heç bir bilgi saytda əks etdirilmir.

7. Nazirliyin təklif etməli olduğu mütləq xidmətlər, elektron xidmətlər, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilir.  Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də saytda bilgiyə rast gəlinir.

9. Sahə işçilərinin əmək haqları barədə isə heç bir bilgilərə rast gəlinmir.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim olunsa da, qurumun regional şöbələrinin ünvanları, əlaqə vasitələri, rəhbər işçiləri haqda məlumatlar və vətəndaşların qəbul vaxtı göstərilməmişdir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.

11. Qurum tərəfindən tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar saytda natamam şəkildə öz əksini tapmışdır. Tender və yarışmaların nəticələri, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə isə heç bir məlumat təqdim edilmir.

12. Qurumun norma  (qanun) yaratma fəaliyyəti haqqında kifayət qədər məlumatlar öz əksini tapmışdır.

13. Saytın texniki imkanları sırasında abunə imkanının və qurumun sosial şəbəkələrdə səhifəsinin hazırlanması sayəsində bu bölmə dolğunlaşmış olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV