Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az ünvanlı İnternet saytı barədə icmal hissədə də qeyd etdiyimiz kimi, axtarışa verilərkən iki domendə ortaya çıxır. Bunlardan biri – www.azerbaijan.az-dır ki, bu qurumun əvvəlki saytının domen ünvanıdır və burada demək olar ki, qurum haqqında qısa və natamam bilgilər əldə etmək mümkündür. Digər –www. mlspp.gov.az  isə qurumun indiki rəsmi domen ünvanıdır ki, bu sayt da açıldıqda tam Azərbaycan dilində deyil, iki dildə rus və Azərbaycan dillərində açılır. Məhz saytın sol tərəfində yuxarıda dillər bölməsində Azərbaycan dili sözünü tıkladıqdan sonra sayt Azərbaycan dilində normal qayadada açılır.  Bununla belə qurumun saytın dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir.  Qurumun elektron xidmətlər bölməsi ayrıca və daha dolğun təqdim olunur.  Saytda bəzi bölmələrin boş olması və ya yarımçıq məlumat verməsi də diqqətdən qaçmır. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

 1.      Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

 2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi nəticəsində bu bölmə dolğunlaşmış olar.

 3.      Qurumun strukturu haqqında isə digər çatışmayan bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

 4.      Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin təqdim edilməsi gərəklidir.

 5.      Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.

 6.      Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər saytda əks etdirilsin.

 7.      Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar təqdim edilir.

 8.      İşə qəbul qaydaları və boş iş yerləri, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilərin göstərildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

 9.      Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyələr sırasındadır.

 10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək duyulmur.

 11.    Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanları barədəki bilgilərlə yanaşı, digər məlumatların da göstərilməsi də faydalı olardı.

 12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə məlumatlar təqdim edildiyi üçün əlavə tövsiyyəyə ehtiyac duyulmur.

 13.    Saytın texniki imkanları sırasına  abunə imkanının da əlavə edilməsi sayəsində bu bölmə dolğun olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV