Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi www.tender.gov.az. ünvanlı İnternet saytı yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Amma saytda bəzi bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da quruma gəlmək üçün marşrut və sxeminin olmaması, ictimai nəqliyyat vasitələri haqda bilgilərin təqdim olunmaması, qurumun sosial şəbəkələrdə səhifələrinin mövcud olmaması, sahə işçilərinin əmək haqları barədə, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya ilə bağlıdır. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda bioqrafik məlumatlara rast gəlinmir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları təqdim edilsə də, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi yoxdur. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturu barədə də bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə mövcud olsa da, əsas rəhbərin bioqrafiyası təqdim edilmir. Qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də göstərilməyən bilgilər sırasındadır. Lakin ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumata rast gəlinmir.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi əks etdirilir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilən bilgilər sırasındadır.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də məlumatlar mövcuddur.
11. Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Qurumun sosial şəbəkələrdə səhifələrinin olmaması və abunə imkanının çatışmazlığı diqqətdən qaçmır. Həmçinin, qaynar xətt xidməti fəaliyyət göstərsə də, bu, saytın görünən yerində deyil.