Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az. domen adlı İnternet saytını dolğun saymaq olar. Saytda bu sahəyə aid xidmət haqqında çox geniş bilgilər yer alıb. Xarici işlər Nazirliyinin sabiq rəhbərləri haqda geniş bilgi təqdim olunur. Bir-bir bütün sabiq nazirlər, onların iş dövrləri haqda ətraflı məlumat verilir. Nazirliyin demək olar ki, bütün sosial şəbəkələrdə səhifələri mövcuddur. Saytda Azərbaycan Respublikasının tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı haqqında məlumatlar yer alır. Elektron xidmətlər, Konsulluq xidmətləri bölmələrinin ayrıca təqdim edilməsi təqdirəlayiq haldır. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Nazirliyin ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranış qaydaları, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin mövcudluğu baxımından qurumun internet resursunu yüksək qiymətləndiririk. Lakin qurumun ünvanına gəlmək üçün marşrutlar göstərilməmişdir. Bundan başqa, qurumun büdcəsi və büdcənin icrası haqqında bilgilər təqdim edilmir. Bunu sahə işçilərinin əmək haqqı barədə də demək olar. Tender elanları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları da rast gəlinməyən sahələrdəndir. Həmçinin, büdcədənkənar daxilolmalarla bağlı da məlumatlara rastlamadıq. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:
1. Qurumun tarixi haqda bilgi kifayət qədər geniş təqdim edilir. Nazirliyin fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun həm keçmiş, həm də indiki rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları göstərilmişdir. Lakin qurumun ünvanının marşrut və sxemi, həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar öz əksini tapmır.
3. Qurumun strukturu barədə də yetərli bilgi təqdim edilmişdir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları təqdim edilən bilgilər sırasındadır, həmçinin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmiş, səfirlik, daimi nümayəndəlik və konsulluqlar haqda, adıçəkilən qurumların rəhbərləri ilə bütün əlaqə imkanları, rəhbərləri haqda geniş məlumatlar təqdim edilir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.
7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər mövcud olsa da, qaynar xətt yoxdur.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası və işə qəbulun norma və qaydaları təqdim edilsə də, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir məlumata rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.
11. Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri saytda öz əksini tapmamışdır.
12. Qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), öz əksini tapır. Lakin bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmamışdır.
13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Abunə imkanı da mövcuddur. Qurumun sosial şəbəkələrdə səhifələri mövcuddur.