Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar. gov.az.domen adlı İnternet saytının texniki imkanları və funksionallığı öz yerindədir. Burada diqqət çəkən məqamlardan biri Azərbaycan neft sənayesinin tarixi inkişafı, keçdiyi təkamül yolu, qurumun tarixi haqda geniş məlumatların təqdim olunmasıdır. Sayt demək olar ki, bəzi bölmələr istisna olmaqla dolğunluğu ilə fərqlənir. Lakin qurumun saytında quruma gəlmək üçün marşrut və nəqliyyat, sahə işçilərinin tarif stavkası, büdcə və onun icrası, büdcədənkənar daxilolmalarla bağlı heç bir məlumata rast gəlinmir. Sahə işçilərinin tarif stavkasına yalnız Vakansiyalar bölməsində rast gəlinir. Amma konkret olaraq hazırda qurumda çalışan işçilərin əmək haqları ilə bağlı heş bir məlumat təqdim olunmur. Bu məlumatlar da göstərilsəydi sayt tam dolğun olardı. Bundan başqa, saytın alt qurumlarının ayrıca saytları və qurumun saytından bu saytlara keçidin mövcudluğu da mümkündür. Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı məlumatlar yetərli sayıla biəcək qədərdir. Bunun üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, qaynar xətt, çoxlu sayda e-poçtlar təqdim olunur, lakin quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat, qurumun marşrut və sxemi barədə bilgilər göstərilmədiyi üçün bu sahənin dolğunlaşdırılmasına ehtiyac var.
3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər təqdim edilmişdir. Burada çatışmayan bilgi qurumun struktur rəhbərlərinin bioqrafiyaları haqdadır. Bu bölmələrin də doldurulması yaxşı olardı.
4. Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin və müavinlərinin bioqrafiyaları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanlarının da əks etdirildiyini nəzərə alsaq bu sahədə də əlavə tövsiyyə verilmir. Yalnız struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdimatına gərək var.
5. Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), təqdim olunan bilgilər sırasındadır. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunur. Bu sahədə tövsiyəyə ehtiyac yoxdur.
6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmamışdır. Buna görə də yaxşı olardı ki, qurumun büdcəsi və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.
8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar və boş iş yerləri haqqında elanlar təqdim edildiyi üçün əlavə tövsiyəyə gərək yoxdur.
9. Sahə işçilərinin əmək haqları barədə isə saytda heç bir bilgiyə rast gəlinmir. Yaxşı olardı ki, bu barədə də məlumatlar təqdim olunaydı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.
11. Tender və yarışmaların keçirilmə qaydaları, elanların arxivi, tenderlərin keçirilməsi ilə bağlı elanlar saytda yer almışdır. Tender və yarışmaların nəticələri haqqında da saytda məlumata rast gəlinir. Burada da əlavə tövsiyə verilmir.
12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini natamam formada tapır. Həmçinin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqqında məlumat yoxdur.
13. Saytın texniki imkanları sırasına abunə imkanının da əlavə edilməsi tövsiyyələr sırasındadır. Həmçinin, qurumun bütün sosial şəbəkələrdə səhifələrinin mövcud olduğu üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.