Monday 29th April 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Azərbaycan Respublikasının  Diasporla  İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az ünvanlı İnternet saytı, əvvəldə də qeyd etdiyimiz kimi çox geniş bilgi verir. Saytın texniki imkanları və funksionallığı da öz yerindədir. Bəzi bölmələr istisna olmaqla sayt demək olar ki, bir çox bölmələr üzrə dolğunluğu ilə fərqlənir. Sahənin keçmiş rəhbərləri haqda geniş bioqrafik bilgilərin, onlayn imkanının mövcudluğu, vətəndaşların qəbulu ilə bağlı prosedurların izahı, həmçinin dövlət qurumunun ünvanı, qurumun xarici ölkələrdəki bütün təşkilatları, onların ünvanları, rəhbərləri ilə əlaqə vasitələri haqda saytda geniş bilgilər təqdim edilir. Yuxarida da qeyd etdiyimiz kimi, saytda Azərbaycanla bağlı məlumatları əldə etmək mümkündür. Amma bununla bərabər, çatışmayan bilgilərin də sayta qoyulması  nəticəsində daha dolğun resurs təqdim etmək mümkündür.

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

 1.      Qurum ilə bağlı məlumatlar kifayət qədər dolğun olduğu üçün əlavə tövsiyə verilməsinə ehtiyac duyulmur.

 2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bütün imkanların təqdim edildiyini, yəni, telefon, faks, onlayn müraciət, çoxlu sayda e-poçtlar təqdim olunur, burada çatışmayan məlumat quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədəa bilgilərdir. Bu məlumatın göstərilməsi tövsiyə edilir.

 3.      Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyəyə gərək duyulmur.

 4.      Rəhbər işçilər, onlarla əks əlaqələr, həmçinin rəhbərin bioqrafiyası təqdim olunsa da, onun  müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər göstərilmir. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları isə əks etdirilir. Bu sahədə tövsiyyəmiz bundan ibarətdir ki, rəhbərin müavinlərinin və struktur bölmə rəhbərlərinin də bioqrafik məlumatları təqdim edilsin.

 5.      Qurumun cari fəaliyyəti haqqında verilmiş bilgilər sırasına qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də məlumatlar təqdim olunduğuna görə, bu sahə üzrə də tövsiyə yoxdur.

 6.      Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə məlumat təqdim olunmayan bilgilərdəndir. Yaxşı olardı ki, büdcə və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda yer alsın.

 7.      Qurum tərəfindən təklif edilən xidmətlər haqqında çatışmayan məlumatlar demək olar ki, yoxdur. Bu üzdən də əlavə tövsiyə verilmir.

 8.      Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, boş iş yerləri haqqında elanlar təqdim edilməsi gərəkli olan bilgilərdəndir.

 9.      Sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer almadığı üçün bu üzdən də tövsiyə edilir ki, bilgilər təqdim edilsin.

 10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə ümumi bilgi, dövlət qulluqçusunun etika qaydaları haqqında məlumatlar da təqdim olunan bilgilər sırasındadır. Bu üzdən də əlavə tövsiyəyə ehtiyac duyulmur.

 11.    Tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi haqqında saytda heç bir məlumat yoxdur.  Bu bilgilər də əlavə edilsəydi sahə dolğunlaşmış olardı.

 12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqda bunu demək olar ki, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv öz əksini tapmışdır.  Bu üzdən də əlavə tövsiyəyə lüzum görülmür.

 13.    Saytın texniki imkanları sırasına qaynar xətt imkanının da əlavə edilməsi tövsiyyələr sırasındadır. Yaxşı olardı ki, saytda şəkillərin açılması məsələsinə də diqqət yetiriləydi. Burada kiçik problem mövcuddur. Sosial şəbəkələrdən hamısında saytın səhifəsinə rast gəlmək mümkündür. Bu da təqdirəlayiq hal sayılır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV