Thursday 21st November 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin www.mie.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin www.mie.gov.az. domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin www.mie.gov.az. ünvanlı İnternet saytı, demək olar ki, yetərli və dolğun bilgi təqdim edir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələri, sosial şəbəkələrdə səhifələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Amma saytda bəzi  bölmələr boşdur ki, həmin bölmələrə də məlumatlar qoyulsa, saytı tam dolğun hesab etmək olar. Bu da sahə işçilərinin əmək haqları, tender elanları, tender və yarışmaların nəticələri, qurumun büdcəsi, büdcədənkənar daxilolmalar və onların istiqamətləri, rəhbər işçilərin tarif stavkası barədə informasiyalarla bağlıdır. Bundan başqa, qurumun qaynar xəttinin olmaması və sosial şəbəkələrdə səhifəsinin passiv olması da diqqətdən qaçmır. Onu da qeyd edək ki, qurumun internet  resursunda Azərbaycan haqqında, İstiqlal Bəyannaməsi, Konstitusiya, Dövlət rəmzləri, Müstəqillik Aktı, Qanlı Yaddaş kimi bölmələrdə kifayət qədər məlumat yer alır ki, bu da çox müsbət haldır. Beləliklə, saytın ümumi mənzərəsi isə aşağıdakı kimidir:

 1.      Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında bilgilər yetərli səviyyədədir. Qurumun rəhbərliyi haqda kifayət qədər dolğun bilgi verilir. Kollegiya haqqında da eyni sözləri demək mümkündür.

 2.      Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Burada çatışmayan yalnız quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə də məlumatlardır.

 3.      Qurumun strukturu barədə də bilgi təqdim edilmişdir.

 4.      Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.

 5.      Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar; quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar; bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla); qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.

 6.      Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə saytda məlumat yer tutmur.

 7.      Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.

 8.      Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər geniş şəkildə təqdim edilir.

 9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi təqdim edilmir.

 10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar mövcuddur.

 11.    Daha bir əks etdirilməyən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən yarışmaların keçirilməsi ilə bağlı elanlar mövcud olsa da, tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmır.

12.    Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni) təqdim olunsa da, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri haqda bilgi verilmir.

 13.    Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdə səhifələri olsa da aktiv sayıla bilməz, amma abunə imkanının mövcudluğu təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV