Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk.gov.az ünvanlı İnternet saytı bəzi bölmələrdəki dolğunluğu ilə müsbət mənada irəli gedə bilib. Saytda interaktiv xəritənin olması, qaynar xəttin, MSK rəhbərliyinin və katibliyinin ayrı-ayrılıqda onlayn yazışma formasının olması dərhal diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Yəni saytın texniki şərtləri gərəkli bilgiləri lazım olan şəkildə təqdim etməyə imkan verir. Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalar yetərli sayılacaq qədərdir. Bunun üçün də əlavə bir tövsiyyəyə ehtiyac duyulmur.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına quruma gəlmək üçün ictimai nəqliyyat haqqında da bilgilərin daxil edilməsi və qaynar xəttin saytın ön səhifəsində görünən yerdə yer alması nəticəsində bu bölmə dolğunlaşmış olar.
3. Qurumun strukturu haqqında bilgilər təqdim edildiyi üçün əlavə tövsiyə olunmur.
4. Rəhbər işçilər, onlarla əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks- əlaqə imkanları barədə bilgilər təqdim olunduğu üçün əlavə tövsiyə verilmir.
5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli olduğundan əlavə bir tövsiyəyə gərək yoxdur.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər də saytda əks etdirilsin.
7. Qurum tərəfindən təklif edilən e-xidmətlər haqqında informasiyalar geniş təqdim edilir. Bunun üçün də tövsiyəyə ehtiyac duyulmur.
8. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə də heç bir bilgi təqdim edilmədiyi üçün yaxşı olardı ki, bu sahədə məlumat verilsin.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də tövsiyyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin təqdim edilməsinə ehtiyac var.
11. Qurum tərəfindən tender və yarışmalar haqda da heç bir məlumatın göstərilmədiyini nəzərə alaraq bu bölmənin də yetərli həddə gətirilməsi və digər göstəricilər üzrə də bilgilərin verilməsi faydalı olardı.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər əks etdirildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
13. Saytın abunə imkanının olması da gərəklidir. Sosial şəbəkələrdən Fasebook, tvitter və youtube-da səhifələrinin mövcudluğu qurumun ictimaiyyətə açıqlığının göstəricisidir.