Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının www.msk. gov.az ünvanlı İnternet saytını qismən dolğun hesab etmək olar. Saytda ayrıca e-xidmətlər təklif olunur. Bu da daha geniş məlumat əldə etmək üçün yetərli sayıla bilər. Bir sıra bölmələr üzrə bilgilər tam və dolğundur. Sayt özü bütövlükdə zəngindir. Saytda qaynar xəttin olması saytın operativliyini göstərən haldır. Qurumun tarixi, rəhbərlik, rəhbərliklə əks-əlaqə imkanları, telefon, faks, onlayn yazışma formaları, qaynar xətt mövcuddur. Lakin qurumun marşrut sxemi, quruma getmək üçün ictimai nəqliyyat, büdcə, büdcədənkənar daxilolmalar, işə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, rəhbər işçilərin tarif stavkası, tender elanları, abunə formasına saytda rast gəlinmir. Bundan başqa, saytda vətəndaşların qəbulu ilə bağlı da heç bir məlumat verilmir. Amma qurumun sosial şəbəkələrdən fasebook, tvitter və youtube-də aktiv səhifələri mövcuddur ki, bu da təqdirəlayiq haldır. Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:
1. Qurum ilə bağlı təqdim edilmiş informasiyalar yetərli sayıla biləcək qədərdir.
2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada yalnız quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.
3. Qurumun strukturu haqqında qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında da məlumat təqdim edilir. Lakin qurumun regional bölmələrinin əlaqə vasitələri yoxdur.
4. Rəhbər işçilər və onlarla əks əlaqə, qurumun rəhbərinin, onun müavinlərinin və aparat rəhbərinin bioqrafiyaları təqdim edilir. Qurumun rəhbəri, onun müavinləri, həmçinin aparat rəhbəri ilə əks-əlaqə imkanları mövcuddur.
5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir.
6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir.
7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır. Qaynar xətt də mövcuddur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında işə qəbulun norma və qaydaları barədə heç bir bilgi təqdim edilmir. İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də heç bir bilgi təqdim edilmir.
9. Sahə işçilərinin əmək haqları barədə də heç bir məlumata rast gəlinmir.
10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir bilgi verilmir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər saytda əks etdirilir.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı təqdim edilən bilgilər (elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi), tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə də heç bir məlumat təqdim edilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də məlumat verilmişdir.
13. Saytın texniki imkanları sırasında abunənin olmaması diqqətdən qaçmasa da, sosial şəbəkələrdən Fasebook, tvitter və youtube-da aktiv səhifələrinin olması təqdirəlayiq haldır.