Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.az ünvanlı İnternet saytınınhazırlıq ərəfəsində olduğu diqqətdən qaçmır. Saytda erməni vəhşilikləri, işğal, soyqırım, erməni terrorizmi, əsir, girov və itkin düşmüşlər bölmələrinin olması onu göstərir ki, bu saytın üzərində hələ iş gedir. Sayt natamam təsir bağışlayır. Bununla belə, sayt nisbətən tələbatlara cavab verir. Ona görə də aşağıda bu istiqamətdə tövsiyələrimizi təqdim edirik:
1. Qurum ilə bağlı informasiyalara, qurumun tarixi, rəhbəri və rəhbərliyi barədə bilgilərin əlavə edilməsi zəruridir.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün bütün vəzifəli şəxslərlə əlaqə üçün e-poçt ünvanlarının və quruma getmək üçün ictimai nəqliyyat barədə bilgilərin verilməsi mütləqdir.
3. Qurumun strukturu haqqqında strukturun sxemi və aparat barədə bilgilərin, regional bölmələr (əgər varsa) və onlarla əlaqə imkanları haqqında bilgilərin, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə bilgilərin və qurumun tabeliyindəki informasiya sistemləri barədə ayrıntılı bilgilərin verilməsi zəruridir.
4. Rəhbər işçilər, onlarla əks əlaqə, müavinlərin və başqa rəhbər şəxslərin bioqrafiyaları və əks əlaqə imkanlarının da daha ayrıntılı şəkildə təqdim edilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha aydın və dolğun təqdim edilməsi gərəklidir. Həmçinin, qurumdaxili əmr və qərarların, onların reyestrinin saytda yer alması yaxşı olardı.
6. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi təqdim olunduğu üçün bu barədə tövsiyyəyə ehtiyac yoxdur. Amma qaynar xətt barədə bilgilərin daxil edilməsi tövsiyə olunur.
8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərin əks etdirilməsi tövsiyələr sırasındadır.
9. Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edilsin.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilər natamam təqdim edildiyi üçün yaxşı olardı ki, bu sahə dolğunlaşdırılsın.
11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni tövsiyə şamil olunur.
12. Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqında bilgilərində təqdim edilməsinə ehtiyac var.
13. Saytın texniki imkanları sırasına abunə imkanının əlavə edilməsi və sosial şəbəkələrdə səhifəsinin hazırlanmasına gərək var.