Wednesday 24th April 2024,

2013

Ξ Leave a comment

Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasınınwww.human.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasınınwww.human.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan RespublikasıƏsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.gov.azünvanlı İnternet saytı ağır işləyir. Demək olar ki, əksər bölmələr boşdur. Saytın hazırlıq ərəfəsində olduğu görünür. Qurumun tarixi, rəhbərlik haqda bioqrafik bilgilər, əsasnamə, quruma getmək üçün marşrut sxemi haqda heç bir bilgi verilmir, ictimai nəqliyyatın olmaması, aparat barədə, regional struktur, əsas rəhbərin bioqrafiyası barədə də bir məlumat yoxdur. Qurumun saytında təqdim olunan qurum rəhbərinin mətbuata açıqlaması2 ay öncə verilmişdir. Mətbuata açıqlama operativlikdən çox uzaqdır, qurumdaxili əmrlər, büdcə, büdcədənkənar daxilolmalar,  qaynar xətt, işə qəbul qaydaları, boş iş yerlərinin elanı, dövlət qulluqçusunun etik davranış qaydaları, tender və yarışmaların elanları, nəticələri, sosial şəbəkələrdə səhifələrinin yoxluğu o dəqiqə diqqəti cəlb edir. Bu isə təbii ki,sayt haqqında hələlik yüksək rəy söyləməyə imkan vermir. Ümumilikdə isə saytdakı durum aşağıdakı kimidir:

1. Qurum ilə bağlı informasiyalar təqdim edilsə də, qurumun tarixi haqda heç bir bilgi təqdim olunmur. Qurum rəhbəri və struktur rəhbərlərindən kimsə barədə bilgi yoxdur.

 2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, ümumi xarakterli telefon və faks nömrələri və  e-poçt ünvanları verilsə də, quruma getmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

 3.      Qurumun strukturunun sxemi və aparat barədə bilgi, regional bölmələr barədə, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri barədə, qurumun tabeliyindəki informasiya sistemləri barədə məlumatlar əks etdirilmir.

 4.      Rəhbər işçilər, onlarla əks əlaqə mövcud olsa da, rəhbər, onun müavinlərinin və başqa rəhbər şəxslərin bioqrafiyaları təqdim edilmir.

 5.      Qurumun cari fəaliyyəti haqqında informasiyalar, mətbuat üçünaçıqlamalar mövcud olsa da, operativlikdən uzaqdır. Qurumdaxili əmr və qərarlar, onların reyestri barədə bilgilərə də rast gəlinmir.

 6.      Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi təqdim edilmir.

 7.      Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər  barədə məlumat verilsə də, əlavə xidmətlər barədəməlumatlar yoxdur. Qaynar xətt barədə bilgi verilmir.

 8.      Təəssüf ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilmir.

 9.      Sahə işçilərinin əmək haqları barədə də eyni sözləri demək mümkündür.

 10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə həmçinin dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər natamam təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və dövlət qurumunda vətəndaşların qəbul qaydaları haqqında məlumatlar da natamam təqdim edilir.

 11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qayda və elanlar haqqında heç bir bilgi  əks etdirilmir.

 12.    Növbəti təqdim edilməyən məlumatlar dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

 13.    Sayt texniki imkanlar baxımından yaxşıdır. Burada çatışmayan isə abunə imkanıdır. Həmçinin, sosial şəbəkələrdə səhifələrinin olmaması da diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV